19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Abasovun 50-si

Topaz Premyer Liqasının XV turu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov üçün əlamətdar olub. 
 
Futbolxeber.az-ın məlumatına görə, 39 yaşlı mütəxəssis “Gənclik şəhəri” təmsilçisini 50-ci dəfə rəsmi matça çıxarıb. Bu yubiley “Qəbələ” ilə səfər görüşünə təsadüf edib. 1:1 hesablı heç-heçə Abasovun baş məşqçi kimi 14-cü bərabərliyi olub. “Sumqayıt” onun rəhbərliyi altında 15 qələbə qazanıb və 21 dəfə məğlubiyyətə uğrayıb. Baş məşqçi 58 vurulan və 77 buraxılan qola şahidlik edib. Ötən mövsümün 7 çempionat oyunundan sonra bu posta təyin olunan çalışdırıcı Premyer Liqada 44, kubokda 6 dəfə iş başında olub.
 
Qeyd edək ki, Abasovun “Sumqayıt”ın baş məşqçisi kimi ilk oyunu 2015-ci il oktyabrın 18-də gerçəkləşib. “İnter”lə ev görüşü də yubiley matçı kimi 1:1 hesabı ilə nəticələnib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30