29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elxan Abdullayev: "Bu, kişi söhbətidir"

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayevin iştirakı ilə Topaz Premyer Liqanın 15-ci turunun “Qarabağ”a qarşı səfər oyunundan (1:1) sonra mətbuat konfransı keçirilib.

- Fasilədən sonra ilk oyunlar çətin olur. Çempiona qarşı oynadıq. Gərgin matç keçdi. Hər iki komanda yaxşı oynadı. Maraqsız oyun kimi görünsə də, gərgin qarşılaşma idi.

- Namiq Ələsgərovun oynamaması nə ilə bağlı idi?

- Bu, qarşılıqlı razılaşmadı. O, “Qarabağ”a qarşı bu il oynaya bilməz. Bu, kişi söhbətidir.

- Kamal Qurbanovun planlarınızda olmadığını demişdiz. Amma onun adını bu oyunda “18-liy”ə saldınız.

- Onu Antalyaya da aparmışdıq. Təklif gəlsəydi, icarəyə göndərəcəkdik. Amma alınmadı.

- Yeni transferlərinizin hamısı sizin istəyinizlə komandaya cəlb olunub?

- Başqa cür ola bilər? Əlbəttə.

- “Neftçi”nin dəyişdiyini demək olar?

- 0:1 uduzaraq hesabı bərabərləşdirsəydik, daha yaxşı olardı. Özümüzü tərifləməyək, heç-heçə etmişik. Tam qələbəyə də layiq deyildik. Heç-heçə ədalətli nəticə idi. 1:0 hesabını qorumaq da çətindir. Penalti epizodaları haqda və hakim barədə danışmayacam.

- Qarşıda “Qəbələ” və “İnter”lə oyunlarınız var. Bu matçlara psixoloji cəhətdən hazırsınız?

- Fərqi nədir ki, indi oynadıq, ya sonra. Təqvim hamı üçün eynidi. Mən burada ciddi heç bir şey görmürəm.

- Yeni transferiniz Barqasla bağlı nə deyə bilərsiniz?

- 30 yaşı var, təcrübəlidir. İnanıram ki, bizə faydalı olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31