19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Şahin Diniyev: “Onlardan “istefa” şüarı gözləyirdim”

Bu gün Topaz Premyer Liqasında XV tura start verilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, “İnter” doğma meydanda “Kəpəz”I 4:1 hesabı ilə məğlub edib. Matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Şahin Diniyev məğlubiyyəti belə şərh edib:
 
- Oyun haqqında danışmağa söz tapmıram. Bu gün “Kəpəz” son il yarım ərzində ən zəif futbolunu oynadı. Komanda hesabda öndə olarkən topu çıxara bilmirsə, qələbə qazanmağa haqqımız yoxdu. Fasilədən sonra komandanı tanıya bilmədim. Bu gün, ümumiyyətlə, komandanı tanımadım. Düzdü, oyunçuların üzərinə çox getmək istəmirəm. Ancaq çox ağır məğlubiyyətdi. İrəli baxmaq lazımdı. Belə oyundan sonra ümidlər tükənir. Belə oyundan sonra gələcək barədə nikbin danışmaq da olmur. Bəlkə də, komanda fiziki yüklənmədən sonra bu oyuna tam hazır ola bilməyib. Bəlkə də, komandanı mən yaxşı hazırlaşdırmamışam. Qələbə qazana bilərdik. Azarkeşlərdən üzr istəyirəm. 
 
- Komanda fasilədə ölkə xaricinə getmədi. Hazırkı şəraitdə nəyə ümid edirsiz?
- Harada yox, necə məşq keçmək vacibdi. Düzdü, ölkə xaricində yoxlama oyunlarında daha yaxşı komandlarla qarşılaşmaq şansı qazanırsan. Bunu səbəb kimi görmürəm. Ümid sonda ölür. Axıra kimi vuruşacağıq. Futbolun iki üzü var - mənfi və müsbət. Bu, başımıza gələn faciə idi. Bundan nəticə çıxarmaq lazımdı. Bu vəziyyətdən çıxmaq üçün əl-ələ verib, birlikdə hazırlaşmalıyıq. Bilirəm ki, bu məğlubiyyətdən sonra çoxlu tənqidlər olacaq. Bu vəziyyətdən bizi nə azarkeşlər, nə də jurnalistlər çıxara bilər. Özümüz bu vəziyyətdən çıxmalıyıq. 
 
- Azərbaycanda bəzi oyunçular var ki, hazırda boşdadılar. Məsələn, Rasim Ramaldanov. 
- Bu gün biz 300-500 manat maaş verə bilmirik. Çox istəyərdim Namiq Ələsgərov bizə qayıtsın. Ancaq “Neftçi”nin şərtləri qarşısnda aciz idik. Rəhbərliyi günahlandırmıram. Hazırkı vəziyyət budu. Maliyyəni bəhanə kimi göstərmirəm. Məğlub olmuşuqsa, mənim səhvimdi. 
 
- Bu gün start heyətində bəzi oyunçuların mövqeyində dəyişiklik etmişdiz...
- Komanda uduza bilrər, əsas odu komanda simasını itirməsin. Burda prinsipialıqdan söhbət gedir. Şəhriya Əliyevin zədələnməsi, işimizi çətinə saldı. Mənim əlimdə geniş heyət yoxdu.  
 
- Bu məğlubiyyətə görə rəhbərliyin sizi qınamağa haqqı var?
- Əlbəttə. Hətta süpürgəçi də bzi qınaya bilər. Bizim üzərimizdə əziyyəti olan hamı bunu edə bilər. Düzdü, “bəlkələr” çoxdu. Ancaq fakt odu ki, biz bu gün 1:4 uduzduq. Rəhbərliyin yerində mən olsam, bu hesaba görə komandadan razı qalmazdım. 
 
- Komanda hesabda geri olduğu vaxtda hücumçu Ebahı əvəzlədiz... 
- Bu gün Ebah adığı 12 topdan 11-ni itirmişdi. Belə vaxtda, kəmiyyətə yox, keyifiyyətə üstünlük verdim. Bu gün o özünü doğrultmadı. Buna görə dəyişdim.
 
- Belə hesablı məğlubiyyətdən sonra azarkeşlərin sizi istefaya səsləməsindən qorxmadız?
- Bu cür məğlubiyyətdən sonra onlar istefaya səsləməliydilər. Düzdü, elə də çox azarkeş yox idi, ancaq onlardan bu şüarı gözləyirdim.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30