24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Antonov: “Qəbələ”nin heyətində…”

“Qəbələ”dən uğursuz çıxışına görə göndərilən ukraynalı futbolçu Aleksey Antanov ölkəsinin mətbuatına açıqlamalar verib. 
 
Futbolxeber.az-ın məlumatına görə, hazırda Rusiyanın "Anji" klubunda baxışda olan 30 yaşlı hücumçu karyerası ilə bağlı danışıb: “Hazırda hər şey qaydasındadı. Özümə klub axtarırdım. Bir müddət də formada qalmaq üçün "Dnepr"in əvəzedici komandası ilə məşq edirdim. Özünüz də bilir ki, məlum səbəblərə görə, “Dnepr” yeni oyunçu sifariş edə bilməz. Ona görə bu məsələ heç müzakirə də olunmadı. Ancaq onu deyim ki, bu klub mənə doğmadır”.
 
Təcrübəli forvard "Qəbələ"dən ayrılmasına da münasibət bildirib: "Rəhbərliklə aramda fikir ayrılığı oldu. Azərbaycanda qalmaq üçün alışıb-yanmırdım. Düzü, Qəbələni şəhər adlandırmaq da çətindi. Sonda belə qərara gəldik ki, qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verək. Ancaq onu deyim ki, "Qəbələ"nin heyətində Avropa Liqasında çıxış etdik. Bu da mənim üçün yaddaqalan oldu".
 
Qeyd edək ki, Antonov 2015-2016-cı illərdə “Qəbələ”də çıxış edib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30