25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“İlk oyunda zəhmətimizin bəhrəsini görmək istəyirik”

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin Azərbaycan birinciliyində III dövrənin ilk oyununda “Kəpəz” səfərdə meydana çıxacaq. 
 
Futbolxeber.az-ın məlumatına görə, “sarı-göylər” Bakıda “İnter”in qonağı olacaq. Mövsümün ikinci yarısına Gəncədə hazırlaşan əvəzedicilər ötən gün oyun öncəsi son məşqini keçirib. Həftəboyu paytaxt klubu ilə matça köklənən gənclər təxminən 1 saat sürən hazırlıq prosesində toplu çalışmalara üstünlük veriblər. 
 
Məşqdən sonra komandanın baş məşqçisi Azər Məmmədov klub saytına çempionatın ikinci yarısının startı ilə bağlı fikirlərini bölüşüb: “Hazırlığımız istədiyimiz qaydada keçib. Təlim-məşq toplanışı dövründə yoxlama görüşlərinə də çıxdıq. Əvəzedici heyətə layiq olan uşaqların axtarışında olduq. Sahib Abbasovu komandaya qaytarmışıq. Klubun U-19 və U-17 komandasında iki futbolçu var, onları da heyətə cəlb etmək istəyirik. Perspektivli uşaqlardır. Çempionatda mübarizə qaldığı yerdən başlayır. Daha yaxşı nəticələrə imza atmağa çalışacağıq. Bu həftə bizim üçün oyun həftəsi idi, ona görə də işimizi buna uyğun görmüşdük. İlk oyunda zəhmətimizin bəhrəsini görmək istəyirik. Nəticə yaxşı olanda təbii ki, gördüyü iş adamın xoşuna gəlir. Əvəzedici olaraq bizim işimizə stimul verən amil əsas komandaya futbolçu hazırlamaq, yetişdirməkdir. O ki, qaldı yeni ildə ilk oyunumuza, səfərə qələbə qazanmaq üçün gedirik. Amma futbolçularımdan ilk tələbim baxımlı futbol nümayiş etdirməkdir, bu olsa, qələbə də gələcək”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30