18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Qəbələ” 19-cu duelə doğru

Bu həftə Topaz Premyer Liqasında 2016-2017-ci illər mövsümünün ikinci yarısına start veriləcək. 
 
Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” III dövrəyə öz meydanında başlayacaq. “Qırmızı-qaralar” 2017-ci ilin ilk rəsmi matçı olacaq XV tur çərçivəsində “Sumqayıt”ı qəbul edəcək. Cari mövsüm bu rəqiblə iki dəfə üz-üzə gələn Roman Qriqorçukun yetirmələri I dövrənin ev oyununda 2:0 hesabı ilə qalib gəlib. Şimal təmsilçisi II dövrənin səfər matçında da 2 qol vurmağı bacarsa da, meydanı 1 xalla tərk edib.
 
Ümumilikdə isə komandalar indiyədək 18 dəfə qarşılaşıb. Bu matçların hamısı Premyer Liqa çərçivəsində baş tutub. 19-cu duel öncəsi “Qəbələ” böyük üstünlüyə malikdir. “Qırmızı-qaralar” 13 qələbə qazanıbsa, yalnız 1 dəfə meydandan xalsız ayrılıb. Digər 4 qarşılaşmada qalib müəyyənləşməyib. Rəqib qapısına 36 qol vuran qəbələlilər baş tutan 18 görüşün hamısında rəqib qapısına yol tapıb. “Sumqayıt” isə cəmi 13 qol vurmağı bacarıb.
 
“Qəbələ”nin ev oyunlarındakı üstünlüyü isə daha böyükdür. Bütün xal itkiləri ilə səfərdə üzləşən “qırmızı-qaralar” öz meydanındakı 9 matçın hamısında qələbə qazanıb. 21 qol vurub, 4-nü buraxan Şimal təmsilçisi son 4 ev qələbəsini quru hesabla əldə edib.
 
“Qəbələ” – “Sumqayıt”: Bütün oyunlar 
 
14.08.2011
Premyer Liqa
Sumqayıt Şəhər - Qəbələ
1:2
04.12.2011
Premyer Liqa
Qəbələ - Siumqayıt Şəhər
3:1
26.08.2012
Premyer Liqa
Qəbələ - Sumqayıt
4:1
08.12.2012
Premyer Liqa
Sumqayıt - Qəbələ
0:1
19.08.2013
Premyer Liqa
Sumqayıt - Qəbələ
2:1
25.10.2013
Premyer Liqa
Qəbələ - Sumqayıt
2:0
02.02.2014
Premyer Liqa
Sumqayıt - Qəbələ
0:3
17.05.2014
Premyer Liqa
Qəbələ - Sumqayıt
3:1
24.10.2014
Premyer Liqa
Qəbələ - Sumqayıt
3:1
18.12.2014
Premyer Liqa
Sumqayıt - Qəbələ
1:1
08.03.2015
Premyer Liqa
Qəbələ - Sumqayıt
2:0
08.05.2015
Premyer Liqa
Sumqayıt - Qəbələ
0:2
21.09.2015
Premyer Liqa
Qəbələ - Sumqayıt
1:0
21.11.2015
Premyer Liqa
Sumqayıt - Qəbələ
2:2
14.02.2016
Premyer Liqa
Qəbələ - Sumqayıt
1:0
09.04.2016
Premyer Liqa
Sumqayıt - Qəbələ
1:1
22.09.2016
Premyer Liqa
Qəbələ - Sumqayıt
2:0
25.10.2016
Premyer Liqa
Sumqayıt - Qəbələ
2:2

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30