25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Neftçi”də iclas: Elxan Abdullayev hesabat verdi

Bu gün “Neftçi” klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
 
Futbolxeber.az-ın məlumatına görə, bu barədə Bakı təmsilçisinin rəsmi saytında informasiya yayılıb. Mənbədə bildirilir ki, klubun inzibati binasında baş tutan toplantıda bəzi məsələlər müzakirə olunub.
 
İclasda "Neftçi”nin icraçı direktoru Orxan Hüseynzadə və əsas komandanın baş məşqçisi Elxan Abdullayev “ağ-qaralar”ın Antalya şəhərindəki hazırlığı və bu dövrdə klubun həyata keçirdiyi transfer siyasəti barədə hesabat təqdim ediblər.
 
Klubun icraçı direktorunun maliyyə məsələləri üzrə müavini Elnur Eyvazov klubun hazırkı maliyyə durumu barədə hesabat verib və xərclərin optimallaşdırılması ilə bağlı hazırlanmış planı təqdim edib.
 
Toplantıda İsmət Qayıbov adına təlim-məşq bazasında aparılan tikinti işləri haqqında ətraflı məlumat verilib və klubun 80 illik yubileyini qeyd etdiyi cari ilin sonuna kimi tikinti işlərinin yekunlaşmasının vacibliyi vurğulanıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30