20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Neftçi”nin yeni transferi: “Hara gəldiyimi bilirdim”

“Neftçi”nin çexiyalı futbolçusu Zdenek Folprext Premyer Liqanın XV turu çərçivəsində keçiriləcək "Qarabağ”la oyun ərəfəsində klubun rəsmi saytına açıqlamalar verib. Futbolxeber.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Siz komandaya Antalyada qoşulmusuz, amma artıq bir neçə gündür Bakıdasız. Burada özünüzü necə hiss edirsiz?
- Gözəl hiss edirəm. Əvvəllər Bakıda olmuşam. "Slovan”ın heyətində "Qarabağ”a qarşı çıxış etmişəm. Artıq o vaxt bu şəhər, gülərüz insanlar xoşuma gəlmişdi. Buna görə də hara gəldiyimi bilirdim. Bir sözlə, rahatlıq vacib olsa da, mən kənar şeylərdən çox futbolla maraqlanıram.
 
- Qış fasiləsindən sonrakı ilk oyunda "Neftçi” çempionatın lideri "Qarabağ” klubu ilə qarşılaşmalıdır.
- Burada qorxulu bir şey görmürəm. Əksinə, hətta yaxşı ki, belədir. Əvvəla, komandamız yenidir, birlikdə bir neçə oyun keçirmişik ki, bunlar da yoxlama görüşləri olub. Bir-birimizə sonadək uyğunlaşmalıyıq. Belə güclü rəqiblərlə oyunlar isə bizə bu imkanı yaradacaq. İkincisi, sonrakı oyunlarda daha yaxşı təsir bağışlayacağıq, mütləq oyunumuzda irəliləyişlər olacaq. Buna baxmayaraq, istərdim ki, qələbə ilə başlayaq.
 
- Həm də siz "Slovan”ın futbolçusu kimi "Qarabağ”a qalib gəlmisiz.
- Bəli, biz "Qarabağ”ı Çexiyada 3:0 hesabı ilə məğlub etmişik. Çoxları düşünə bilər ki, bu qələbə bizə asan başa gəlib, amma elə deyil. "Qarabağ” əla komandadır. Orada fərdi planda çoxlu güclü futbolçular oynasa da, onlar komanda oyununa üstünlük verirlər. Sadəcə, həmin oyunda "Slovan” az qala ən yaxşı formasında idi, bizdə hər şey alınırdı. Bazar günü keçiriləcək oyunda rəqibimizi təəccübləndirə bilərik.
 
- Sonra bizi "Qəbələ” və "İnter” gözləyir.
- Eybi yox. Əgər yaxşı nəticələr qazansaq, özümüzə güvənimiz daha da artacaq. Bu təqvim şəxsən mənim ürəyimcədir. Unutmayın ki, qarşıdakı 4 həftə yarım ərzində 6 oyunumuz var. Məncə, bu çox yaxşıdır. Formada olanda böyük fasilələr mənfə təsir edə bilər. Uduzanda isə yenidən meydana çıxıb bunun təsadüf olduğunu sübut etmək istəyirsən.
 
- Sonda azarkeşlərə nə isə demək istərdiz?
- Əlbəttə. Azarkeşlərimiz haqda çox eşitmişəm, onlarla görüşü səbirsizliklə gözləyirəm. Qoy bizi dəstəkləsinlər – uğurlarımızın yarısı onlardan asılıdır. Oyunumla fanatların yaddaşında qalmağa çalışacağam.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30