20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Kəpəz”in hücumçusu: “Özümüzə inamı artırmışıq”

Futbol mövsümünün ikinci hissəsi əvəzedicilərin Azərbaycan birinciliyi ilə start götürəcək. 
 
Futbolxeber.az-ın məlumatına görə, “Kəpəz”in əvəzedici heyəti XV turda “İnter”in qonağı olacaq. Gənclər əsas komandalardan bir gün öncə meydana çıxacaqlar.
 
Gəncə təmsilçisinin əvəzedici heyətində öz oyunu ilə seçilənlərdən biri olan Fərid Məmmədov çempionatın ikinci yarısı üçün fikirlərini klub saytı ilə bölüşüb: “Mən beş komanda yoldaşımla birlikdə qış hazırlığı müddətində təlim-məşq toplanışını əsas komandanın heyətində keçdik. Məşqlər ağır olsa da, biz futbolçular toplanışdan yaxşı şəkildə yararlanmağa çalışdıq. Bakıda keçirilən məşqlərin bizə köməyi çox olacaq. Əsas komandanın tərkibində məşq etməklə özümüzə inamı artırmışıq. Paytaxt toplanışı gənclərə çox şey verəcək və bunu çempionat oyunları açıq göstərəcək”. 
 
Gənc hücumçu məqsədindən də danışıb: “İlk iki dövrə arzuladığımız kimi keçmədi. Bu səbəbdən də mövsümün ikinci yarısında daha yaxşı nəticələr əldə etmək istəyirik. Əvəzedici heyətin üzərinə düşən iş əsas komanda üçün futbolçu yetişdirməkdir. Ona görə də hər bir gənc futbolçunun niyyəti əsas komandada çıxış etməkdir. Bununla belə öz yarışımızda nəticə qazanmağa da çalışırıq. Burada özümüzü yaxşı tərəfdən göstərə bilsək, Şahin Diniyevin diqqətini daha çox çəkə bilərik. Artıq böyük futbol oynamağın, geniş auditoriyanın qarşısına çıxmağın vaxtıdır”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30