19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Bəxtiyar Musayev: ““Zaqatala”nı seçməyimdə əsas məqsəd...”

Cari mövsüm I divizionda inamlı təsir bağışlayan, Premyer Liqaya yüksəlmək şansı yüksək qiymətləndirilən “Zaqatala”da yeni təyinat reallaşıb.

Futbolxeber.az saytının məlumatına görə, son illər “Neftçi”də çalışan Bəxtiyar Musayev bundan sonra aşağı liqa təmsilçisi də çalışacaq. Belə ki, Musayev “Zaqatala”nın idman direktoru təyin edilib.

Musayev yeni təyinatı ilə bağlı saytımıza bunları açıqlayıb: “Musa Qurbanovdan təklif gəldi. O bildirdi ki, mənim xidmətimdə maraqlıdırlar. Mən də öz növbəmdə böyük məmnuniyyətlə təklifi qəbul etdim. Musa müəllimi çoxdan tanıyıram. Vaxtı ilə biryerdə futbol oynamışıq. O da mənim işimə bələddir. Odur ki, “Zaqatala”da çalışmağa razılıq verdim. İnanıram ki, bu təyinat hər iki tərəf üçün uğurlu olacaq. “Zaqatala”nı seçməyimdə əsas məqsəd klubdakı düzgünlük, şəffaflıq, aradakı münasibətdir. Gələcəkdə adından söz etdirəcək komandanın bir parçası olmaq istəyirəm”.

Veteran futbolçu yeni iş yerindəki hədəflərindən də söz açıb: “Bir müddət Zaqatala futbolunda durğunluq yaranmışdı. İndi yenidən burada futbolun inkişafı üçün çalışılır. Məqsəd gələcəyin komandasını qurmaqdı. Futbol təcrübəmdən, bacarığımdan maksimum istifadə etməyə çalışacağam”.

Musayev qeyd edib ki, təkcə əsas deyil, aşağı yaş qrupları üzrə komandalarla da çalışmaq lazımdır: “Əvvəlcə selekiya işləri aparmalı, aşağı yaş qruplarından ibarət yaxşı komandalar formalaşdırmalıyıq. Hazırda U-16-ya qədər komandalarımız var. Bundan sonra U-17, U-19 və əvəzedici heyət də yaradılmalıdır”.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30