24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qriqorçuk: “Hazırlığı keyfiyyətli və faydalı hesab edirəm”

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında son yoxlama oyununu bu gün keçirən “Qəbələ” Makedoniyanın “Şkendiya” klubunu 2:1 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk matçdan sonra hazırlıq prosesi barədə fikirlərini gabalafc.az-a açıqlayıb:

“Təlim-məşq toplanışını dəyərləndirsək, yeganə kiçik xoşagəlməzlik hazırlığa bir az gec başlamağımız idi. Ardınca isə hər şey qaydasında getdi. Hava şəraiti baxımından da bəxtimiz gətirdi. Sakit tərzdə çalışıb, yaxşı hazırlıq keçməklə toplanışı yekunlaşdırdıq. Zədəli oyunçularımız da sıraya döndülər. Onların tam hazır olduğunu deyə bilməsəm də, artıq məşqlərə start veriblər. Bir sözlə, toplanış haqda müsbət fikir söyləmək olar. Hazırlığı yaxşı, keyfiyyətli və faydalı hesab edirəm”.

Qriqorçuk toplanış çərçivəsində hər şeyin, xüsusilə də iş prosesinin yüksək səviyyədə təşkilini də vurğulayıb: “İşimizi elə qurmuşuq ki, bizə çalışmaq daha rahatdır. Belə yanaşma nəticəsində hansısa intizamsızlıq, məişət problemi, qeyri-peşəkarlıq və ya səhlənkarlıq üzündən vaxt itirib, əsəblərimizi korlamırıq. Ürəkaçan şəraitdə işləyib, bundan zövq alırıq. Bizdə hər şey rahatdır və peşəkar səviyyədədir. Bu da işin keyfiyyətini artırır və daha effektli olması ilə nəticələnir. Çünki işə mane olan və fikri yayındıran məqamlar olmur”.

Ukraynalı mütəxəssis komandanın hazırkı durumundan da razı qaldığını qeyd edib: “Mövsümün ikinci yarısının ilk oyununa hazırlığın səviyyəsi barədə öncədən nə isə demək olmur. Amma hazırlıq prosesində çox yaxşı işlər görülüb. Oyun planında bir sıra məqamları aradan qaldırmışıq. Birmənalı şəkildə deyərdim ki, oyunun təşkilində yaxşılığa doğru irəliləmişik. Hətta bu istiqamətdə istəyimizə artıqlaması ilə nail olmuşuq. Futbolçular da hər şeyi anlayır. Hər hansı texniki qüsurların olması isə təbii haldır. Onlardan qurtulmaq mümkün deyil. Sadəcə belə xətaların mümkün qədər az olmasını istəyirəm. Lakin taktiki, psixoloji və funksional baxımdan yaxşı hazır olduğumuzu deyərdim”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30