24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Bu, Şeydayevin seçimidir”

Moskva “Spartak”ının Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov maraqlı açıqlamalar verib.
 
Futbolxeber.az-ın məlumatına görə, Rusiya mətbuatına danışan 32 yaşlı yarımmüdafiəçi Azərbaycan futbolundan da söhbət açıb. O, millimizdə oynamaq təklifindən imtina etməsi ilə yanaşı, Ramil Şeydayevin yığmamızı seçməsinə də münasibət bildirib:
 
“Bəli, mənə Azərbaycan yığmasında oynamaq təklif olundu. Ancaq başqa qərar verdim. Çünki çox istəyirdim ki, Avropa və dünya çempionatlarında oynayım. Düzdür, bu yarışlar bizim üçün uğursuz oldu. Amma bu turnirləri heç vaxt unutmaram. Avropa çempionatında Uelslə oyunda cəmi 20 dəqiqə oynadım. Ancaq mənim üçün bu, çox vacib idi. Ramil Şeydayevin Azərbaycan millisini seçməsinə normal baxıram. Bu, onun seçimidir”.
 
Qeyd edək ki, 2001-2005-ci illərdə də “Spartak”da çıxış edən Rusiya millisinin üzvü bir neçə gün öncə digər Moskva təmsilçisi “Lokomotiv”dən ayrılaraq bu kluba keçib. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30