19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Kəpəz”in hücumçusu: “Bunun bəhrəsini çempionatda görəcəyik”

Cari mövsümün ikinci yarısına hazırlığı “Kəpəz” Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa edilmiş Milli Komandaların Təlim-Məşq Bazasında keçirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, komanda toplanış müddətində fiziki, taktiki və texniki hazırlıq üzərində işləyib. “Sarı-göylər”in hücumçusu Tural Qürbətov çempionata hazırlıqla bağlı klub saytına fikirlərini bölüşüb: “Təlim-məşq toplanışı bir həftə davam etməsinə baxmayaraq, iki həftəlik fiziki yükləməni götürdük. Səhərlər dəniz kənarında, günortadan sonra isə meydanda toplarla keçirilən məşqlər çox ağır idi. Məşqlərin bizim üçün faydası çox olacaq və bunun bəhrəsini çempionatda görəcəyik. Şikayətlənməyə dəyməz, əksinə bu, bizim xeyrimizədir. Bu cür toplanış fiziki hazırlığı artırmaq baxımından lazım idi”.
 
Bakıda “Kəpəz” 4 yoxlama oyunu da keçirdi ki, Qürbətov 2 belə görüşdə əsas heyətdə meydana çıxmışdı: “Baş məşqçimiz bildirmişdi ki, bu matçlar bizə özümüzü göstərmək yox, daha çox fiziki yükləməni necə qəbul etdiyimizi görmək üçün idi. Odur ki, nəticə önəmli deyildi. Ağır məşqlər keçdiymizdən ayaqlarımız çox yorğun idi. Meydanda çətinlik çəkirdik. Düşünürəm ki, çempionata yaxşı hazırlaşmışıq. Belə toplanışdan sonra məncə, fiziki problemimiz olmayacaq. Hər şey özümüzdən asılıdır, psixoloji cəhətdən oyunlara hazır olmalıyıq. Meydana qələbə üçün çıxmalıyıq”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30