20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Kvekveskiri: “Bu, ilk dəfə Azərbaycan çempionu olmağımıza kömək edəcək”

2016-2017-ci illər mövsümünün ikinci yarısına hazırlaşan “Qəbələ” 12 gündür təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirir. 
 
Futbolxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın gürcüstanlı yarımmüdafiəçisi Nika Kvekveskiri klub saytına açıqlamasında hazırlıq prosesini dəyərləndirib: “Təlim-məşq toplanışının bir az gecikmə ilə başlaması bir az yaxşı olmadı. Çünki iki gün itirdik. Buna baxmayaraq, səylə çalışıb, itirilən müddəti bərpa etməyi bacardıq. Artıq üç yoxlama oyunu da keçirmişik. Həmin görüşlərdə nəticə önəmli olmasa da, qələbə qazanmaq həmişə xoşdur. Hətta həyətdə oynayanda da qalib gəlmək sevindirici olur. Çünki belə nəticə psixoloji hazırlıq və özünəinamı yüksəldir. Hazırda çempionatda bizə lazım olacaq məqamların üzərində çalışırıq. Ən əsası isə ciddi zədədən əziyyət çəkən futbolçumuz yoxdur. Yalnız kiçik xəsarəti olanlar var”. 
 
Kvekveskiri Antalya hazırlığının mövsümün ikinci yarısı baxımından faydalı olduğunu və bunun bəhrəsi kimi hədəfə çatacaqlarını bildirib: “Təlim-məşq toplanışını yaxşı keçirdik. İnanıram ki, bu toplanış hədəfimizə çatıb, ilk dəfə Azərbaycan çempionu olmağımıza kömək edəcək. Adətən toplanışdan sonra tam formanı yığmaq üçün 2-3 oyun lazım olur. Düşünürəm ki, “Sumqayıt”la ilk matça 100 faiz hazır olacağıq. İlk görüşdən elə futbol nümayiş etdirməyə çalışacağıq ki, hədəfimizə çata bilək. İlk qarşılaşmada heyətimizdə bəzi itkilər olacaq. Amma onları əvəzləyəcək futbolçularımız da var”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30