29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Zirə” Antalyada 20 Yanvar faciəsini andı

Təlim-məşq toplanışının ikinci hissəsini Türkiyənin Antalya şəhərində keçirən “Zirə” hazırlıqları davam etdirir. 
 
Futbolxeber.az-ın məlumatına görə, qəsəbə təmsilçisi bu gün səhər məşqini 20 yanvar şəhidlərini anmaqla başlayıb. Baş məşqçi Ayxan Abbasov komandaya 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə baş verənlər haqda ətraflı məlumat verib. Mütəxəssis həmin gecə baş verənlərin qanlı faciə olmaqla yanaşı, bütövlükdə bir xalqın qəhrəmanlıq nümunəsi, azadlıq uğrunda mübarizəsi kimi tarixdə qaldığını deyib. 
 
Xalqımız qorxmadan təpədən dırnağa qədər silahlanmış ordunun qarşısına çıxaraq, azadlıq uğrunda canlarını fəda etdi. Həmin gecə 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Bakıda keçirilən matəm mərasimində bir milyondan çox insan iştirak etmişdi. Baş verənlərin həm də birlik nümunəsi olduğunu diqqətə çatdıran Ayxan Abbasov hər kəsin bundan nümunə götürməli olduğunu deyib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31