20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Sumqayıt” qələbəsiz qayıdır

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” qonşu ölkədə sonuncu yoxlama oyununa çıxıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, “kimyaçılar” Qazaxıstan təmsilçisi “Atırau” ilə üz-üzə gəlib. Hakimin start fitindən öncə 20 yanvar şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Həmçinin təmsilçimiz meydana qollarında qara sarğı ilə çıxıb.
 
Oyuna gəlincə, ilk hissədə “Sumqayıt” rəqibindən üstün oyun nümayiş etdirib və 33-cü dəqiqədə Maqomed Kurbanov penalti zərbəsindən sonra hesabı açıb. Bu qoldan 2 dəqiqə əvvəl isə “Atırau” penaltidən yararlana bilməyib. 
 
Qarşılaşmanın 85-ci dəqiqəsində rəqib başla vurduğu qolla hesabı bərabərləşdirib. Hakimin əlavə etdiyi sonuncu dəqiqədə isə qazaxlar penalti zərbəsini dəqiq yerinə yetirməklə oyunun hesabını rəsmiləşdirib və meydandan 2:1 hesabı ilə qalib ayrılıb.
 
Qeyd edək ki, "Sumqayıt" Antalyadakı ilk yoxlama görüşündə "Skenderbeu"ya (Albaniya) 1:3 hesabı ilə uduzub. İkinci matçda  Özbəkistan "Nasaf"ı ilə gücünü sınayan Samir Abasovun komandası yenə məğlubiyyətlə üzləşib - 0:1. "Sumqayıt"ın Türkiyə toplanışı sabah başa çatacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30