25 Aprel 2024, Cümə axşamı
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu

Ölkə futbolu

Pantiç: "Biz bura uzunmüddətli və ciddi iş görməyə gəlmişik"

Milinko Pantiç “Bakı” futbol klubunun baş məşqçisi vəzifəsinə təyin olunub. Serbiyalı mütəxəssis Azərbaycanın ən iddialı klublarlarından sayılan, İspaniyanın “Atletiko Madrid” komandası ilə əməkdaşlığa başlayan “Bakı”nın təklifini müsbət cavablandırıb.
 
İlk səfərində mütəxəssis paytaxt Bakıda bir neçə gün qalaraq, klubla və qarşıdakı planlarla yaxından tanış oldu. İyunun 14-də isə yenindən Azərbaycana qayıdaraq, “Bakı”nın “A” komandasının sükanı arxasında durdu və bu işdə bütün səlahiyyətlər ona verildi.
“Razlıq verməkdə bir qədər yubandım. Amma “Atletiko Madrid”ə gəldikdən və Miqel Anxellə görüşdükdən sonra, yox deyə bilməzdim. Bu, qardaş klubla nəzərdə tutulan olduqca böyük və maraqlı layihədir. Həmin layihə gələcəkdə daha da inkişaf etdirilməlidir. Mən də ümumi işə kömək etmək üçün burdayam. Şübhəsiz ki, bu layihə mənim üçün də təcrübə artırmaq baxımından bilavasitə önəmli olacaq” - deyə Pantiç bildirib. 
 
“Atletiko Madrid”in keçmiş qəhrəmanı bir zamanlar bu komandanın heyətində qızıl dublya imza atıb. İndi isə mütəxəssis “Bakı” klubu ilə 1 illik müqavilə bağlayıb. Bu işdə ona Jayme Felipe Monro və Mario Fernandes kömək edəcək. Qeyd edək ki, Pantiç adları çəkilən şəxslərlə “Atletiko Madrid” Fondunda da birgə çalışırdı.
 
“Görülməli olan çox işlər var. Bura cümə günü gəldim və vaxt itirmədən layihəni icra etməyə başladım. Gündə 24 saat çalışırıq. Etiraf edim ki, bir çox şey dəyişilməlidir. Daha yüksək inkişafa nail olmaq üçün çalışmalıyıq”. Bu sözləri Pantiç “Bakı” futbol klubunun rəsmi internet saytına açıqlamasında bildirib: “Biz kluba yaxın olan insanlarla (həkimlər, geyim meneceri, fizioterapevtlər və s.) söhbət etdik və onlarla müəyyən müzakirələr apardıq. Hər kəs inkişaf etmək istəyir və məqsədə nail olmaq üçün mübarizə aparmağa hazırdır. Mən çox pozitiv bir insanam və inanıram ki, biz buna nail olacağıq. “Atletiko Madrid” mənə etimad göstərdiyini bir daha nümayiş etdirdi. Zənnimcə hər iki komanda bu əməkdaşlığı və nəzərdə tutulan layihəni özünəməxsus iş prinsipi və fəaliyyəti ilə fərqlənən insana həvalə etmək istəyir” – deyə baş məşqçi sözlərinə əlavə edib. 
 
“Atletiko”da gənclərlə çalışan Pantiç həmçinin “Bakı”nın yeniyetmə və gənc oyunçularına futbolun sirlərini öyrədən məşqçilərə nəzarəti də öz üzərinə götürüb: “Hələ ki, “A” komandası ilə məşğuluq. Lakin biz, akademiyada çalışan insanlara da ciddi yanaşmalıyıq. Çünki gələcək uğurlara aparan yol məhz ordan başlayır. Buna görə də, imkan dərəcəsində çalışacam ki, gənclərdən ibarət komandaların bütün məşqlərini və oyunlarını izləyim. Hazırda yeddi gənc futbolçu əsas komanda ilə birgə çalışlr. Odur ki, hər kəsin işini qiymətləndirmək üçün kifayət qədər vaxtımız var”. 
Pantiçin qarşısında duran əsas məqsəd həmçinin bu layihə çərçivəsində ortaya çıxan bütün məsələlərə aydınlıq gətirməkdir: “Öncə səmərəli iş planı qurmalı və hər şeyi sıfırdan başlamalıyıq. Mən burada olan ən yaxşı oyunçuları seçmək üçün onları meydanda görməliyəm. Bəzi furbolçular milli komandanın düşərgəsindədir və iyulun 18-də bizə qoşulacaqlar. Buna görə də, tələsik qərar vermək istəmirəm. Əminəm ki, hazırda İspaniyada olan əksər futbolçular da bu möhtəşəm layihənin tərkib hissəsi olmaq istəyirlər”.
 
Sonda serbiyalı məşqçi Bakı ilə bağlı təəssüratlarını da bizimlə bölüşdü: “Şəhər məni sözün əsl mənasında təəcübləndirdi. Bu, inkişaf edən, öz gözəlliyi, rahatlığı ilə seçilən və insanı onunla daha yaxından tanış olmağa vadar edən bir şəhərdir”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30