29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurban Qurbanov: “Hazırda ondan tam razı qala bilmərik”

Bu gün “Qarabağ” Antalyada təlim-məşq toplanışında ilk yoxlama matçını keçirib.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubu Albaniya “Skederbeu”sunu 1:0 hesabıyla məğlub edib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqda fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:

“Pis oyun alınmadı, çatışmayan cəhətlər var idi. Hazırda fiziki hazırlıqlar çox önəmlidi. Burada hər bir rəqiblə oyunlarımızda 1-2 günün çox önəmi var, çünki ola bilər ki, futbolçular fiziki yükləmələrlə meydana çıxsın, rəqib isə daha rahat olsun. Albaniyada çempionat bizdən bir həftə əvvəl başlayır, buna görə də onlar indi daha hazırlıqlı və yaxşı formadadırlar. Hər iki hissədə oyun intizamı yaxşıydı, texniki səhvlərin olması isə normaldır. Futbolçularımda daha çox konsentrasiya gördüm. Qarşıda hələ yoxlama matçlarımız var, çalışacağıq ki, oyundan-oyuna səhvlərimizi aradan qaldıraq və daha yaxşı oyun göstərək. İkinci hissə daha maraqlı alındı, ilk hissəyə nisbətən açıq oyun getdi. İlk hissə bir az qapalı keçdi, komandam hücum qurmaqda daha çox düşünürdü.

Ağabala Ramazanovun oyununa gəlincə, ilk dəqiqələrdən hiss olunurdu ki, bir az həyəcanlıydı. Bir neçə top itkiləri oldu. Ağabala Ramazanov hər zaman meydanda öz əzmkarlığı, aqressivliyi ilə seçilən futbolçudur. Hal-hazırda biz Ağabaladan tam razı qala bilmərik və istədiyimiz oyunu tələb edə bilmərik, çünki hələ komandaya yeni qoşulub. Yeni gələn futbolçunun ilk oyunda qol vurması onun komandaya daha tez uyğunlaşmasına kömək edir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31