19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Sumqayıt” ikiyə bölündü

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Sumqayıt" hazırlığını davam etdirir. 
 
Futbolxeber.az-ın məlumatına görə, “kimyaçılar” ötən gün 2 məşq əsnasında günü başa vurub. Yerli vaxtla saat 10:00-da baş tutan səhər məşqində komanda iki hissəyə bölünüb. Bir gün əvvəl “Şkenderbeu” ilə matçın ilk “onbirliy”ində yer alan futbolçular yüngül qaçışla kifayətlənərək hazırlığın sonunda "tennis-bol" oynayıb. Digər qrup isə plan əsasında çalışmalarını davam etdirib və məşqin sonunu iki tərəfli oyunla yekunlaşdırıb.
 
"Sumqayıt"ın yerli vaxtla saat 16:00-da start götürən hazırlığı isə fitness klubda baş tutub. Hazırlıq təxminən 50 dəqiqə davam edib.
 
Qeyd edək ki, Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün də 2 məşq əsasında günü yekunlaşdıracaq. Məşqlər saat 10:30 və 16:30-da baş tutacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30