25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Daha bir divizion komandası Antalyaya yollandı

Yanvarın 5-dən başlayaraq "Bayıl Arena"da II dövrənin hazırlıqlarına start verən “Səbail” toplanışın birinci hissəsini yekunlaşdırıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, I Divizion təmsilçisi bu gün səhər saat 08:00 radələrində Antalyaya yollanıb. Bakı toplanışı çərçivəsində MOİK (2:2) və "Neftçi"nin əvəzedici (3:1) komandası ilə gücünü sınayan “aslanlar” Antalyada 3 yoldaşlıq görüşü keçirməyi planlaşdırır. 
 
Təmsilçimiz yanvarın 19-da Qazaxıstan "Kyran"ı, 26-da isə Macarıstanın "Szeged" klubu ilə gücünü sınıyacaq. Yanvarın 24-də keçiriləcək yoldaşlıq görüşündəki rəqibin adı isə hələ ki məlum deyil.
 
"Səbail" yanvarın 27-də Antalya toplanışını başa vuraraq vətənə qayıdacaq. Daha sonra komanda fevralın 2-də "Mil-Muğan" ilə baş tutacaq 14-cü tur qarşılaşmasının hazırlığına start verəcək.
 
Qeyd edək ki, "Səbail" Bakı toplaşı zamanı müdafiəçi Xəyal Quliyevlə yolları ayırıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30