19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Qəbələ” “Partizani”yə məğlub oldu

2016-2017-ci illər mövsümünün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan "Qəbələ" təlim-məşq toplanışını keçirib.

Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” Albaniyanın "Partizani" klubu ilə qarşılaşıb.

Roman Qriqorçuk 2017-ci ilin ilk oyununda aşağıdakı start “11-liy”inə şans verib: Dmitri Bezatosnı, Roman Hüseynov, Voislav Stankoviç, Vitali Vernidub, Ürfan Abbasov, Nika Kvekveskiri, Rəşad Sadiqov, Araz Abdullayev, Cavid Hüseynov, Ruslan Qurbanov, Sergey Zenyov.

15 qat Albaniya çempionu ilə qarşılaşma yoxlama xarakteri daşıdığından rəqiblər oyuna kəşfiyyatsız, hücumlarla başlayıb. Albaniyalıların qapısına həmlələri kəsərli alınan “Qəbələ” ilk yarıda bir neçə dəfə fərqlənməyə yaxın olub. Lakin futbolçular təhlükəli hücumları dəqiq zərbə ilə tamamlaya bilməyib. Yalnız 43-cü dəqiqədə “Qəbələ” istəyinə çatıb. Nika Kvekveskiri cərimə zərbəsindən Tirana təmsilçisinin qapısına yol tapıb - 1:0. Amma “qırmızı-qaralar” üstünlüyünü uzun müddət qoruya bilməyib. “Partizani” ilk hissənin son dəqiqəsində hesabda tarazlıq yaradıb. Albaniyalıların heyətində “Kyevo”dan icarəyə götürülən Kaleb Ekuban fərqlənib – 1:1.

İkinci hissədə Rikardinyo, Rafael Santos, Tellur Mütəllimov, Elvin Camalov, Rəşad Eyyubov, Asif Məmmədov, Hacıağa Hacılı da meydana daxil olublar. Oyunun ssenarisi isə ciddi dəyişikliyə uğramayıb. Qonaqların qapıçısı öncə onunla üz-üzə qalan Asif Məmmədovun, ardınca Cavd Hüseynovun zərbəsini dəf etməklə hesabın dəyişməsinə imkan verməyib. Albaniyalılar isə 84-cü dəqiqədə əldə etdikləri imkandan yararlanıb - 1:2. Marko Çetkoviçin ötürməsindən sonra əlverişli mövqedə olan Ardit Yaupayın qol vurmasının qarşısını almağa çalışan Elvin Camalov avtoqol müəllifi olub. Buraxılan qoldan sonra Qriqorçukun yetirmələri hesabda tarazlıq yaratmaq üçün irəli atılsa da, bərabərlik qolunu vura bilməyib.

Beləliklə, ilk yoxlama oyununda ötən mövsüm Albaniya çempionatının gümüş mükafatçısı olan Tirananın “Partizani” klubu ilə görüşən “Qəbələ” 1:2 hesabı ilə məğlub olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30