20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Birinci hissədə Azərbaycan yığması bizdən daha yaxşı oynadı”

FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir davam edir. 
 
Futbolxeber.az saytının məlumatına görə, bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yer aldığı C qrupunda da mübarizəyə yekun vurulub. Komandamız son turda Slovakiyaya 0:1 hesabı ilə uduzaraq qrupda qalıb.
 
Matçdan sonra slovakiyalıların baş məşqiçisi Milan Malatinski qələbəni belə şərh edib: “Təbii ki, qələbəyə görə çox sevinirik. Azərbaycan yığma komandasının bəxtinin gətirməməsi fikri ilə razıyam. Rəqibimizin güclü komanda olduğunu düşünürəm və yaxşı futbol oynayıb qələbə qazana bilməmək çox pis təsir edir. Xüsusilə, birinci hissədə Azərbaycan yığması bizdən daha yaxşı oynadı. Lakin penaltidən yararlana bilmədikdən sonra uşaqlar sanki toparlandılar. Bir daha bildirirəm ki, qələbəyə görə çox şadam”.
 
Qeyd edək ki, Slovakiyaya millisi qrupda ikinci yeri tutub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30