25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Abışov: “Neftçi”nin bütün tarixi uğurlarının əsas pay sahibi onlardır”

"Neftçi"nin yeni transferi Ruslan Abışov klubun rəsmi saytının suallarını cavablandırıb. Futbolxeber.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Doğma komandana qayıtmısan. Dönüşün barədə nə deyə bilərsən?
- Uzun müddətdən sonra evimə qayıtmışam. Ona görə də özümü çox xoşbəxt hiss edirəm. Mənə etimad göstərib "Neftçi”yə dəvət edən hər kəsə təşəkkür edirəm.
 
- "Neftçi”dəki iddian nədir? Bildiyin kimi, komandanın heyətində bir çox dəyişiklər olub. Bu barədə fikirlərini bilmək istərdik.
- "Neftçi”dəki iddiam hər zaman çempionluq olub. Hazırkı mövsüm üçün bu bir qədər çətin görünür. Çempionatda mümkün qədər irəliləməyi düşünürük. Kubokda isə mübarizəni davam etdiririk. Gələn mövsüm isə hədəf yalnız çempionluq olmalıdır. Artıq uğursuz günlər geridə qalsın. Komandadadı dəyişiklik müsbət mənada sözünü deməlidir. Mən buna inanıram.
 
- Son olaraq, azarkeşlərə nə demək istərdin?
- "Neftçi”yə keçdiyim üçün tam sevinə bilmədim. Bilirdim ki, məni hələ də bağışlamayan azarkeşlər var. Onların hər birini haqlı sayıram, fikirlərinə hədsiz hörmət edirəm. Lakin indiki məqamda həm mənim, həm də komandamızın azarkeşlərin dəstəyinə ehtiyacı var. "Neftçi”nin bütün tarixi uğurlarının əsas pay sahibi onlardır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30