29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Aqolli: "Ötən il mənim həyatımda xüsusi yer tutur”

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.

Futbolxeber.az-ın məlumatına görə, Ansi Aqolli klubun rəsmi saytına açıqlamasında toplanış haqda fikirlərini bildirib: "Bu mövsüm bizim üçün uğurlu oldu, indi isə qarşıdakı oyunlar haqda düşünürük. Qış təlim - məşq toplanışını yaxşı dəyərləndirib mövsümün sonuna qədər komandamız üçün ən yaxşısını etməyə çalışacağıq.

Ağır ili geridə qoyduq, həm “Qarabağ”da, həm də milli komandada çox oyunlar keçirdik. Daha sonra istirahət tam yerinə düşdü. İndi isə yaxşı hazırlaşıb mövsümü uğurlu tamamlamalıyıq. Hazırda da komandada əhval-ruhiyyə əladır. İstirahətdən qayıdandan sonra hər kəs özünü yaxşı hiss edir".

Ansi Aqolli geridə qalan ili də dəyərləndirib: "Ötən il mənim həyatımda xüsusi yer tutur. “Qarabağ”la ölkə kuboku və çempionatda qızıl medalları qazandıq. Milli komandayla Avropa çempionatının final mərhələsində mübarizə apardıq. Ümid edirəm ki, bu il daha çox mükafatlar qazanacağıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31