20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Kəpəz” də başladı

“Kəpəz” çempionatın ikinci yarısı üçün hazırlığa başlayıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, futbolçu heyəti və məşqçilər korpusu bu gün Bakıda bir araya gəlib. “Sarı-göylər”in ilk məşqi Mərdəkanda dəniz kənarında olub. İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan hazırlıq yüngül qaçışla davam edib. Məşq prosesi bir saat sürüb. 
 
“Sarı-göylər” sabah da bu məkanda və eyni qaydada məşq edəcək. Bu gün və sabahkı çalışmalar əsas hazırlıq proqramı öncəsi ürək-damar və nəfəs sisteminin açılması, həmçinin orqanizmin güc yığmasına hesablanıb. 
 
2017-ci ilin ilk məşqində legionerlərdən Tadas Simaitis və Serjio Kosta iştirak edib. Julien Ebah bu gün axsam, braziliyalı futbolçular Dario Frederiko və Renan Alves isə sabah düşərgəyə qoşulacaq. Son üç futbolçunun gecikməsi Türkiyədəki qarlı hava şəraitinə görə İstanbula uçuşların ləğvi ilə bağlıdır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30