25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Rəvan" məşqlərini davam etdirir

"Rəvan” yeni "futbol ili”nə hazırlığını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, komanda sabah AZAL ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacağından bu gün məşq yüngül xarakterli oldu. Buna həm də komandanın dünən fiziki cəhətdən tam yüklənməsi də təsir etdi. Axı axşam məşqində komanda trenajor-zalda hazırlaşmışdı. Dünənki səhər çalışmasında isə ikitərəfli oyuna da vaxt ayrılmışdı. Bir sözlə, baş məşqçi Ramil Əliyev ilk hazırlıq matçı ərəfəsində yetirmələrini çox yormaq istəmədi.

Yeri gəlmişkən, şərti olaraq, "qırmızılar” və "yaşıllar”ın mübarizə apardığı ikitərəfli oyunda birincilərin 1:0 hesabı ilə qalib gəldiyini və yeganə qolu debütant Ceyhun Cavadovun başla vurduğunu bildirək. Başqa sözlə, Ceyhun artıq komandada qol hesabını açıb.

Bugünkü məşqə gəlincə, təxminən saatyarım davam edən hazırlıq toplu çalışmalar üzərində idi. Baş məşqçi yeni transferlərə və düşərgəyə baxışa gələn təzə futbolçulara komandanın oyun fəlsəfəsini aşılayırdı. "Kvadratlar”, təktoxunuşlu ötürmələr, qapıya zərbələr və s. kimi komponentlərin yer aldığı hazırlıqda futbolçuların yüksək ab-havada olduğu sezilirdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30