24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Neftçi”nin yeni transferi: “Bu mənim üçün sürpriz oldu”

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” çalışmalarını davam etdirir.
 
Futbolxeber.az-ın məlumatına görə, Bakı klubunun yeni transferi Zdenek Folprext keçidi ilə bağlı klub saytına danışıb: "Təbii ki, buraya gəlməmişdən öncə "Neftçi” haqqında məlumat toplamışdım. Bilirəm ki, zəngin tarixi olan bir komandanın üzvüyəm. Kollektivə belə tez uyğunlaşacağımı, düzü, heç gözləmirdim. Bu mənim üçün yaxşı mənada sürpriz oldu”. 
 
Çexiyalı futbolçu yeni komandasındakı hədəflərindən də danışıb: “Qarşımızda konkret hədəflər var. "Neftçi” çempionatın daha yüksək pillələrində qərarlaşmalıdır. Hamımız bunu istəyirik. Üstəlik ölkə kubokunda da mübarizəmizi davam etdiririk. Komandada mənimlə yanaşı bir neçə yeni futbolçu var. Çalışırıq ki, uyğunlaşma dövrünü mümkün qədər tez keçək. Hər şey yaxşı olsa, bu komandada daha uzun müddətə qalıb oynamaq istəyərəm.”
 
Qeyd edək ki, sonuncu klubu Çexiya "Slovan”ı (Liberets) olmuş 25 yaşlı yarımmüdafiəçi indiyədək "Sparta” (Praqa), "Viktoriya” (Jijkov), "Zbroyovka” (Brno) klublarında çıxış edib. Çexiya U-19 və U-21 yığma komandasının sabiq üzvü "Neftçi”nin düşərgəsinə Türkiyədəki təlim-məşq toplanışı zamanı qoşulacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30