28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“İndi Gəncədə oyunçu tapmaq müşkül məsələdir”

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında “Kəpəz” ilk 2 dövrənin yekunlarına əsasən, qış fasiləsinə 6-cı pillədə yollanıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, Azər Məmmədovun başçılıq etdiyi komandanın 13 xalı var. 3 oyunda qələbə qazanan əvəzedicilər 4 dəfə heç-heçə edib və 7 görüşdə uduzub. Komanda rəqib qapılarına 13 qol vuraraq, 20-ni buraxıb. 
 
Məmmədov klub saytına birinciliyin ilk yarısını dəyərləndirərək, bunları deyib: “Çempionatın ilk yarısını 6-cı yerdə başa vurmağımıza baxmayaraq, uşaqların göstərdiyi oyundan, mübarizə əzmindən və nizam-intizamdan çox razı qaldım. Bizdə komandada çıxış edənlərin hamısı yerli futbolçulardır, kənardan gələn yoxdur. Özünüz də bilirsiz ki, əvəzedici üçün Gəncədə oyunçu tapmaq indi müşkül məsələdir. Bununla belə, məqsədimizə çatmaq üçün çalışırıq. Uşaqların çıxışı əsas komandanın baş məşqçisinin də diqqətini çəkib. Bu da sevindirici haldır. Şahin Diniyev gələcəkdə əsas komandada 7 futbolçunun oynaya biləcəyini bildirib. Bizim də qazancımız əlbəttə ki, budur. Nəticəyə gəlincə, təbii ki, hamı bunun yaxşı olmasını arzulayır. Hələ qarşıda 2 dövrə var, bu isə 14 oyun deməkdir. Nəticəni yaxşılaşdırmağa çalışacağıq. Ön xəttdə problemlərimiz var. Yarımmüdafiənin hər iki cinahında və hücumdakı boşluqları aradan qaldırmağa səy göstərəcəyik. Bunun öhdəsindən gəlsək, nəticə də olacaq. 
 
Azər Məmmədov ilk 2 dövrədə nəticəsini unuda bilmədiyi oyundan da danışıb: “Nəticəsinə təəssüfləndiyim, heç yadımdan çıxmayacaq oyun “Qarabağ”la səfər görüşümüz oldu. 83-cü dəqiqəyə kimi 0:1 hesabı ilə irəlidə olsaq da, yekunda uduzduq. Həmin görüşü bizim komanda udmağa layiq idi. Həm hesabda, həm də göstərdiyimiz oyunda rəqibdən üstün idik. Əfsuslar olsun ki, Namiq Ələsgərovun vurduğu iki qol hər şeyi dəyişdi. Millinin üzvü əvvəlcə hesabı bərabərləşdirdi, sonuncu artırma dəqiqəsində isə ağdamlıları qələbəyə daşıdı. Onun ikinci qolundan əvvəl hakim oyunu bitirməyə hazırlaşırdı ki, bizim oyunçunun təcrübəsizlikdən irəli gələn qayda pozuntusu penalti ilə nəticələndi. Bu oyunda qeydə alınan nəticəyə görə üzülürəm. Oyunu biz udmalıydıq, amma uduzduq”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31