18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Azərbaycanda ancaq "Qarabağ"ın təklifinə "bəli" deyərəm”

Adı “Neftçi” ilə hallanan çexiyalı futbolçu Lukaş Droppa karyerası ilə bağlı açıqlama verib.
 
Futbolxeber.az-ın məlumatına görə, Rusiyanın “Tom” klubundan ayrılan 27 yaşlı yarımmüdafiəçi yeni komandasının adına yaxın günlərdə aydınlıq gələcəyini deyib:
 
“Azərbaycan, Türkiyə, Kipr, Rusiya və digər ölkələrdən təklif almışam. Amma adı çəkilən ölkələrdə oynamaq istəmirəm. "Neftçi"yə keçməyə çox yaxın idim. Amma araşdırdım ki, komanda hazırda sonuncu pillələrdədir. Düzdür, yaxşı pul təklif edilmişdi. Ancaq autsayder komandaya gedə bilmərəm. Azərbaycanda ancaq "Qarabağ"ın təklifinə "bəli" deyərəm. Son 2-3 gündə 7 klub təklif göndərib. Çalışacam ki, tez bir zamanda yeni komandamın adı müəyyənləşsin. Transfer məsələmin son günlərə qədər yubanmasını istəmirəm. Çexiyaya da qayıtmaq variantım var”.
 
Qeyd edək ki, Droppa Çexiya millisinin də üzvüdür.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30