28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Zirə”nin legioneri: “Müsəlman ölkəyə getdiyim üçün narahat idim”

“Zirə”nin portuqaliyalı futbolçusu Migel Lorenso ölkəsinin mətbuatına maraqlı açıqlamalar verib. Futbolxeber.az-ın məlumatına görə, "Vitoriya" (Setubal) klubuna məxsus olan və Bakı təmsilçisində icarə əsasında çıxış edən 24 yaşlı müdafiəçi karyerası ilə yanaşı şəxsi həyatından da danışıb:
 
“Mənə Azərbaycana getməklə bağlı məlumat verildi. Lakin Setuballa birinci dəfəki danışıqlar uğursuz alındı. Bir neçə həftə sonra klubumla yenidən əlaqə quruldu və hər şey yaxşı oldu. Təklifi qəbul etdim və buna görə peşman deyiləm”. 
 
O, Azərbaycanla bağlı heç nə bilmədiyini deyib: “Hətta Azərbaycanın harada olduğunu belə bilmirdim (gülür). Bu ölkə, onun xalqı, adət-ənənələri, mədəniyyəti, yeməkləri ilə bağlı heç nə bilmirdim. İnternetdə axtarışlar aparıdm və anladım ki, yeddi başlı canlı deyiləm. Lakin etiraf etməliyəm ki, adaptasiya olunmaq asan deyildi. Orada olduğum ilk ayda yalnız idim. Noyabrdan sevgilimlə qalıram. Xoşbəxtlikdən o özünə iş tapdı, evdə oturmur. Bu, lazımlı kömək oldu”.
 
Futbolçu Bakı ilə bağlı da danışıb: “Bakı çox inkişaf etmiş şəhərdi. Orada müxtəlif cür işıqlandırılmış hüdürmərtəbəli binalar var. Orada çoxlu dəbdəbə, imkanlılar var. Lakin ora təzadlar şəhəridir: varlılar çox varlı, kasıblar isə həqiqətən çox kasıbdırlar. Məni yaxşı qarşıladılar və xoşbəxtlikdən imkanlarım çox oldu. Mən gedəndə isti idi. İndi Portuqaliyaya gəldim və bura buz kimidir. Həmçinin hava şəraiti də çox fərqlidir. Orada çoxlu beynəlxalq restoranlar var və onlar çoxlu toyuq yeyir. Bu da mənim üçün yaxşıdır. Orada əksəriyyət rusca danışır. Mən isə ingiliscə danışıram və klubda tərcüməçimiz var. Amma artıq bəzi sadə sözləri deyə bilirəm”.
 
Lorenso ölkəmizə gələrkən bəzi narahatlıqları olduğunu da gizlətməyib: “Əvvəlcə müsəlman ölkəyə gedəcəyim üçün narahat idim. Qadağalar olacağından və qadınlara azca azadlıq veriləcəyindən qorxurdum. Lakin bu baş vermədi və qadınlara çox azadlıq verildiyini gördüm. Lakin oradakı insanlar Portuqaliyadakından qapalıdırlar. Bu da mənim üçün sürpriz olmadı”.
 
O, “Kəpəz”in futbolçusu – həmyerlisi Serjio Kosta ilə yaxşı münasibətlərinin olduğunu bildirib: “Səhərlər sevgilimlə gəzməyə çıxıram, səhər yeməyi yeyirik, yaxud bazarlığa gedirik. Hava əlverişli olmayanda isə bir az yatıram. Məşq etdiyimiz bazadan qaldığımız yerə maşınla 45 dəqiqədə getmək olur. Bir çox hallarda saat 2:00-dan sonra evi tərk edirəm və 6:00-da qayıdıram. Qəlyanaltı edirik, gəzirik, şam yeməyi yeyirik. Orada həmçinin Serjio Kosta (“Kəpəz”) adlı futbolçu var və onunla və xanımı ilə tez-tez görüşürük. Bizim dili bilən birini tanımaq əladır”.
 
Migel Azərbaycan futbolunun çox geridə qaldığını söyləyib: “Oradakı futbol Portuqaliyadakından çox fərqlidir. Taktiki və texniki cəhətdən bizdən geridə qalırlar. İki klubu – “Qarabağ” və “Qəbələ”ni çıxmaq şərtilə, onların futbolu arxaikdir. “Zirə” də onlardan yaxşı şeyləri götürməyə çalışır”.
 
Portuqaliyalı “Zirə”də müntəzəm olaraq, forma şansı qazandığını bildirib: “Hər şey yaxşıdır. Müntəzəm olaraq oynadım və bu, çox vacibdir. Yaxşı yarım mövsüm keçirdim. Həmçinin evdən uzaqda olmaq istəyirdim. Yeni təcrübə qazanmağıma ehtiyac vardı”.
 
O, komanda yoldaşlarının namaz qılmasından da söhbət açıb: “İlk dəfə oynayanda hakim fasiləni bildirən fiti səsləndirdi, komanda yoldaşlarımın çoxu hamama tərəf qaçırdı. Qayıdanda ancaq mən və əcnəbilər vardı. Bu mənə çox qəribə gəldi. Sonra aydın oldu ki, digərləri müxtəlif otaqlarda ibadət edir. Qəribə idi. Çünki fasilə adətən ikinci yarı üçün strategiya müəyyənləşdirmək üçündür. Ancaq indi buna öyrəşmişəm və düşünürəm ki, bu, təbidir”.  
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31