24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Neftçi" ukraynalı futbolçu ilə anlaşdı

Bakının "Neftçi" klubu heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu barədə "Report"a komandanın baş məşqçisi Elxan Abdullayev bilgi verib. O, futbolçunun adını açıqlamasa da, həftə ərzində keçidin reallaşacağını deyib: 
 
"Futbolçunun klubu ilə danışıqlar aparılıb və razılıq əldə olunub. O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edəcək. Sadəcə münasibətlər rəsmiləşməmiş ad açıqlamaq istəmirəm. Həmin oyunçu bizim Türkiyə toplanışına qoşulacaq".
 
Gənc çalışdırıcı Azərbaycan millisinin üzvü Pavel Paşayevin də komandanın qış təlim-məşq toplanışına qatılacağını deyib: "Pavellə bağlı danışıqlar davam edir. Çox güman ki, Paveli heyətə cəlb edəcəyik. Hələ işlər yekunlaşmayıb, amma futbolçunun transfer vərəqini almaq istəyirik. Böyük ehtimalla o da bizim toplanışımızda iştirak edəcək".
 
Qeyd edək ki, "Neftçi" buna qədər Namiq Ələsgərov ("Qarabağ"), Georgi Navalovski ("Veriya", Yunanıstan), Zdenek Folprextlə ("Slovan", Çexiya - icarə) müqavilə imzalayıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30