19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ramin Musayev danışılmış oyunlardan danışdı

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev I diviziondakı danışılmış oyunlarla bağlı araşdırmadan danışıb.

Futbolxeber.az saytına müsahibəsində Musayev araşdırmanın yekununda düzgün qərar qəbul ediləcəyinə inandığını bildirib: “Əvvəl siyahıda yer alanların sayı çox idi. Sonradan təkrar baxıldı, araşdırıldı və şübhəlilərin sayı aşağı endi. Verilən qərarda da yazılıb ki, araşdırma davam edir. Haqq nədirsə, o da olmalıdır. Mən özüm də 1 dəfə komissiyanın iclasında iştirak etmişəm. Görmüşəm ki, məsələyə çox diqqətlə yanaşırlar. Kiməsə qarşı haqsızlıq etməməyə çalışırlar. İnanıram ki, düzgün qərar qəbul ediləcək”.

PFL prezidenti komissiya üzvlərinin məsələyə diqqətlə yanaşdıqlarını bildirib. Lakin şübhəli qismində adı hallanan şəxslərin günahı tam sübuta yetirilməmiş adlarının ictimaiyyətə açıqlanması heç də birmənalı qarşılanmayıb. PFL prezidenti məsələyə belə aydınlıq gətirib: “Açıqlamada bildirilmir ki, adı açıqlanan şəxslər oyun alqı-satqısında iştirak ediblər. Onlarla bağlı araşdırma gedir. Sabah mənim də haqqımda araşdırma gedə bilər. Bu, normal haldı”.

Açıqlanan hər iki siyahıda Ramin Musayevin yaxından tanıdığı, vaxtı ilə “Neftçi”də futbolçusu olmuş Elvin Əliyev də var. “Rəvan”ın müdafiəçisi saytımıza müsahibəsində söyləyib ki, komissiyadan ona “səndən şübhələnmirik, sadəcə köməyivə ehtiyac duyuruq” deyiblər. Maraqlıdır, PFL prezidentini bunu nə dərəcədə düzgün hesab edir: “Birinci dəfədir eşidirəm. O sözü Elvinə deyən komissiya üzvünün ağlı yoxdur. Danışılmış oyunlarla bağlı məsələni araşdıran komissiyanın tərkibində yer alanlar futbolu bilən insanlardılar. İnanmıram ki, elə söz desinlər”.

İBRAHİM

“Layihə AFFA yanında media komitəsi tərəfindən maliyyələşdirilir”

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30