19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Əcnəbi futbolçular Bakıda dəm qazından boğularaq öldü

Bakıda mənzildən meyitləri tapılan əcnəbi futbolçuların çıxış etdiyi komanda müəyyənləşib. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu oyunçular həvəskarlar arasında Bakı kənd və qəsəbələrinin çempionatında çıxış edən “SabunçuSpor” klubunun üzvləridi. Yasamal rayonunun Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında kirayədə yaşayan, Kamerun Respublikasının vətəndaşları – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata dəm qazından boğularaq ölüb. Onlardan ikisinin tələbə, üçünün futbolçu olduğu aşkarlanıb.
 
Bu üç oyunçu Pau Taken, Nikbenti Nombiye Leves və Nzemele Ezzambe Linus bu komandanın üzvləridi. Daha bir kamerunlu Senan Nike də əvvəllər “SabunçuSpor”un üzvü olsa da, sonradan klubdan kənarlaşdırılıbnış.
 
Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən istintaq araşdırması davam etdirilir.
 
Qeyd edək ki, Bakının Yasamal rayonunda mənzildə 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilə pəncərədən daxil olub və kirayədə qalan, Kamerun Respublikasının vətəndaşı olan 5 nəfərin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. (Apasport.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30