25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Nelson Bonilya: “Nə vaxtsa Azərbaycana qayıtsam…”

“Zirə”nin sabiq futbolçusu Nelson Bonilya ölkəsinin mətbuatına müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, salvadorlu hücumçu Azərbaycandakı karyerasına da toxunub:
 
- Başa çatmaq üzrə olan 2016-cı ildə həm “Zirə”, həm də “Nasional”dakı çıxışınızı necə dəyərləndirirsiz?
- Mənim üçün çox yaxşı il oldu. Bəlkə də, karyeramın ən müsbət ili adlandırardım. Həm çatdığım hədəf, həm də əlimə düşən variantları nəzərə alaraq, belə deyirəm. 2016-cı ildə 18 qol vurdum, bunlardan 12-nə “Zirə”nin, 3-nə milli komandanın heyətində imza atdım. Nəticədə mənə Portuqaliyanın yüksək liqasından təklif gəldi. “Nasional”da öz şansımı gözlədim, bu, normal haldı. Çünki adaptasiya dövrünü keçirirdim.
 
- 2015-2016 mövsümündə “Zirə”nin mükafatçılar sırasına düşəcəyi əsas hədəfiniz idi?
- Şükürlər olsun ki, “Zirə”də özümü göstərmək üçün çoxlu şans qazandım. Baş məşqçimiz mənə güvənirdi. “Zirə”də birgə çalışdığım insanlara təşəkkür edirəm. Onlar məni həmişə böyük sevgi ilə yada salırlar. Əgər nə vaxtsa Azərbaycan, eləcə də ondan əvvəl oynadığım Rumıniyaya qayıtmaq variantım olsa, bilirəm ki, hər iki ölkənin qapıları üzümə açıqdı.
 
- Azərbaycan və Portuqaliya arasındakı əsas fərqlər nədən ibarətdi?
- “Nasional” Portuqaliyanın ən köklü klublarındadı, bu yaxınlarda 106 yaşını tamamladı. Oyunların intensivliyi baxımından fərq var. Avropa ölkələrinin çempionatları məhz intensivlik baxımından seçilir. Bu mənada, Portuqaliya Premyer Liqası Azərbaycan çempionatından 1-2 addım öndədi. Belə götürəndə, elə də böyük fərq yoxdu. Çünki Azərbaycanı Çempionlar Liqası və Avropa Liqasında layiqincə təmsil edən komandalar var. Yeni ölkəyə uyğunlaşmaq baxımından futbolçu bəzən çətinliklə üzləşir. Amma şükürlər olsun ki, mən Azərbaycanda adaptasiya prosesini rahat keçdim. Portuqaliyada isə bir qədər mübarizə aparmalı oldum, uyğunlaşma prosesini davam etdirirəm. Çalışacam ki, komandaya daha çox fayda verim və turnir cədvəlində qərarlaşdığımız mövqedən xilas olaq. Əsas odu ki, ölkənin adını yaxşı təmsil edəsən. Fikrimcə, son ildə Salvadordan kənarda bunu layiqincə bacarmışam.
 
- Bəs Salvador və Avropa futbolu arasında nə kimi fərqlər var?
- Onlar, həqiqətən də, bütün məsələlərdə daha peşəkardırlar. “Nasional”da öz saunam, massajçılarım var. Terapiya çox yaxşı inkişaf edib. Salvadorda isə heç bir komanda bunlara malik deyil. Avropada futbolçunun, xüsusilə, zədəsini sağaltmasına ciddi fikir verirlər. Yəni, Avropada futbolçunu bomj kimi müalicə etmirlər. Ona insan kimi böyük hörmət qoyulur. Bütün bunlar peşəkarlıqdan irəli gəlir. Dediklərimi Salvadorda isə dərk etmirlər, gərək gəlib öz gözləri ilə görsünlər.
 
- Madeyrada boş vaxtlarınızı necə keçirirsiz?
- Daha çox evdə keçirirəm. Özümə yeni it – fransız buldoqu almışam. Bundan əlavə, filmlərə baxmağı, “playstation” oynamağı xoşlayıram. Şəhərin özünəməxsus yeməklərini bəyənirəm. Tez-tez restoranlara gedib, Portuqaliya mətbəxi barədə daha çox məlumat toplayıram. Sevgilimin gəlişini gözləyirəm. O, Madeyraya gələndən sonra hər şey mənim üçün asan olacaq. (Apasport.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30