29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Samir Abasov: “Hər yoldan keçəni komandaya götürmürük”

"Bu günədək 3 futbolçu ilə yollarımızı ayırmışıq. Hələlik komandaya cəlb olunan futbolçu yoxdur". 
 
Futbolxeber.az-ın məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib. O, klubun qış transfer pəncərəsində reallaşdıracağı futbolçu keçidlərindən danışaraq, yüksək səviyyəli futbolçu gətirmək istəmədiklərini bildirib: "Əsasən müdafiə və yarımmüdafiəni gücləndirmək istəyirəm. Ən azından 3 futbolçu gətirmək niyyətindəyik. Amma yüksək və yüksəkdən bir az aşağı səviyyəli futbolçular gətirməyəcəyik. Çünki onlar maddi baxımdan klubumuza uyğun gəlmir. Hər yoldan keçəni də komandaya götürmürük".
 
Gənc çalışdırıcı hazırda Premyer Liqada çıxış edən klubları izlədiklərini söyləyib: "Gözümüz klublardadır. Biz yerli futbolçu gətirəcəyik. Bu səbəbdən kimin müqavilə müddətinin artırıldığını, kimlərin komandalardan ayrıldığını bilmək və uyğun futbolçularla danışıqlar aparmaq üçün klubları izləyirik".
 
Abasov bir neçə gün əvvəl klubla yolları ayrılan futbolçu Vaqif Cavadovla bağlı da danışıb: "Vaqiflə oyunlar bitəndən sonra danışdım və rəhbərliyə bu barədə məlumat verdi. Biz təcrübəsiz və cavan komandayıq. Bizdə futbolçunun adı hər şeyi həll etmir. Futbolçu komandaya uyğun futbol oynamalıdır. Bu səbəbdən Vaiqflə qarşılıqlı razılaşma əsasında yollarımız ayrıldı".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31