19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Yanal: “Ramil Şeydayevdən istədiyimizi ala bilmirik”

Türkiyə Super Liqasında XVI turun oyunları keçirilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" doğma meydanda "Fənərbaxça"ya 0:3 hesabı ilə uduzub. Matçdan sonra ev sahibi komandanın baş məşqçisi Ərsun Yanal məğlubiyyəti belə şərh edib: “28-ci dəqiqəyə qədər üstünlük bizim tərəfimizdə idi. Ancaq Yusuf Ərdoğanın qırmızı vərəqə alması işimizi çətinə saldı. Qrımızı vərəqə almasaydıq, “Fənərbaxça”ya qarşı oynamaq bizim üçün çox asan olacaqdı. Ancaq azlıqda qaldıqdan sonra planlarımız alt-üst oldu. Əks hücum haqda düşünsək də, həyata keçirə bilmədik. Meydanda istədiyimizi edə bilmədik və rəqibə təslim olduq”. 
 
Təcrübəli mütəxəssis yayda transfer olunan futbolçularla birgə Şeydayevin də durumunu fəyərləndirib: “İbenez, Suk və Ramil Şeydayevdən istədiyimizi ala bilmirik. Düzdü, Ramil çox gənc olsa da, digərlərinin kifayət qədər təcrübələri var. Bundan sonra daha düzgün transferlər etməliyik, daha diqqətli olamalıyıq. Komandamızda Yusuf və Abdulkadir kimi gənc futbolçular var. Yusuf özünü gənc kimi göstərmir və belə davam etsə, daha çox şans qazanacaq. Abdulkadirin isə bir qədər zamana ehtiyacı var”.
 
Qeyd edək ki, Ramilin adı bu matçın iştirak ərizəsində yer almayıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30