28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ”nin üç rəqibi müəyyənləşdi

“Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan kubokunun 1/4 final mərhələsinin AZAL-la dekabrın 21-də keçirilən oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2017-ci il yanvarın 9-da bir araya gələcək.

Həmin gün komanda təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yollanacaq. “Qəbələ”nin legioner futbolçuları da komandaya Antalyada qoşulacaq. Roman Qriqorçukun yetirmələri yanvarın 9-dan 25-dək qonşu ölkədə hazırlıq keçəcək. “Qəbələ” hazırlıq müddətində Belek bölgəsində “Gloria Sereniti” otelində məskunlaşacaq.

“Qırmızı-qaralar” toplanış zamanı 5 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır. Artıq bu qarşılaşmalardan üçündəki sınaqçı rəqiblər və oyunların tarixi bəllidir. Yanvarın 13-də “Qəbələ” Albaniyanın “Partizani” klubu ilə görüşəcək. 15 dəfə ölkə çempionu olan bu klub ötən mövsüm yarışı 2-ci pillədə başa vurub. Buna baxmayaraq, cari mövsümə UEFA Çempionlar Liqasında başlayan albaniyalılar UEFA Avropa Liqasının pley-offunda mübarizəni dayandırıb.

“Qəbələ” 5 gün sonra Rumıniya təmsilçisi “Qaz Metan”la üz-üzə gələcək. Rəqib ötən mövsüm aşağı dəstənin çempionu olmaqla, yenidən yüksək liqaya yüksəlib.

“Qəbələ” ayın 23-də Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq. Sonuncu rəqib 2000-2001-ci illər mövsümündə Makedoniya çempionu olub. Ötən mövsüm ölkə çempionatını 2-ci pillədə başa vuran komanda UEFA Avropa Liqasının cari mövsümündə pley-offa qədər irəliləyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31