29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Kamran Quliyev: “Digər klublar da onlara oxşamaq istəyirlər”

Bu gün AFFA-nın Klublar Komitəsinin (KK) növbəti iclası keçirilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, “Boulevard Hotel Baku” otelində baş tutan toplantıda komitənin yeni sədri seçilib. Bu posta “Sumqayıt” klubunun prezidenti Kamran Quliyevin seçilib. Quliyev sədr seçilməsi ilə bağlı bu sözləri deyib:
 
- Həmkarlarıma “çox sağol” demək istəyirəm. Bu, məsuliyyətli işdi. Onların etimadını doğrultmaq üçün əlimdən gələn edəcəm. Klublar Komitəsi çox faydalı qurumdu, klubların problemlərini müzakirə etmək üçün bir tribunadı. Təbii ki, biz icra orqanı deyilik. Amma tövsiyə xarakterli təkliflər, müəyyən tövsiyələr vermişik. İki il ərzində effektli iş qurulub. Məsələn, bu ilin yayında legionerlərin ödənişi və cərimələrin ödənişi ilə bağlı təkliflər vermişdik, AFFA İcraiyyə Komitəsi səviyyəsində də, bu, qəbul olunub. İnanırıq ki, gələcəkdə də işimiz faydalı olacaq, klubların problemləri açıq-aydın görünəcək, bu barədə söhbətlər aparılacaq, bunların aradan qaldırmaqılması üçün də müzakirələr olacaq. Bu məsələlərə AFFA İcraiyyə Komitəsində baxılması üçün cəhdlər edəcəyik.
 
- Tuyqun Nadirovun sədrliyi dönəmində “Xəzər Lənkəran” fəaliyyətini dayandırdı, Fikrət Hüseynov sədr olanda AZAL turnir cədvəlinin sonuncu pilləsinə yuvarlandı. Qorxmursunuz ki, bu amil “Sumqayıt”dan day an keçməyə?
- Yaxşı zarafatdı. İnanmaq istərdik ki, biz o tilsimi qıra bilərik. Hazırda Topaz Premyer Liqasında olan klubların sayı çox azdı. İnanırıq ki, gələcəkdə klubların sayı artacaq və daha çox həmkar bizimlə müzakirələrə qatılacaq. Əvvəla, deyim ki, mən burda “Sumqayıt”ı təmsil edirəmsə, o demək deyil ki, ancaq bu komandanın məsələlərinə baxılacaq. Seçkilər tam şəffaf şəkildə keçirilir. Böyük ehtimalla, gələn il də başqa bir yeni rəhbər olacaq. Bu vəzifə mənim üzərimə müəyyən qədər məsuliyyət qoyur. Bu da təkcə “Sumqayıt”ın yox, digər klubların da problemini müzakirə edib, aradan qaldırmaqdı.
 
- Fikrət Hüseynov bu gün ən çox müzakirə olunan məsələnin hakimlik olduğunu bildirdi. 8 klubdan 7-si hakimlərdən narazıdı. Bu məsələnin növbəti iclasda gündəmə gəlməsi, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun dəvəti gözlənilirmi?
- Klublar Komitəsinin sisteminə uyğun olaraq, bütün məsələlər müzakirə olunduqdan sonra tövsiyə xarakterli protokol, müraciət hazırlanır. Bu gün müraciət şəklində sənəd hazırlamamışıq. Təbii ki, hakimlərlə bağlı məsələ 7 yox, 8 klubun hamısını narahat edir. Amma hakimliyin hazırkı durumu o qədər də acınacaqlı deyil. Gənc hakimlər artıq Avropada yeni rütbələr alırlar. İstərdik ki, onların aldıqları rütbə və təcrübə sayəsində Premyer Liqa və I Diviziondakı hakimlik problemi həll olunsun. Yəqin ki, bu barədə gələcəkdə müzakirələrimiz olacaq. Formalaşmış şəkildə təklif hazırlamaq gündəmimizdə deyil. Amma müzakirə ərzində əgər belə təklif olsa, Xaqani müəllimi dəvət edə bilərik. İndi yalnız ili bağladıq. Müəyyən narazılıqlar olub. Amma bu, demək olar ki, hər dəfə olur.
 
- Klubların hamısı hakimlikdən narazıdısa, necə acınacaqlı deyil?
- Əgər hakimlərimiz təhsil almasalar, öz təhsilləri üzərində işləməsələr, toplanışlara getməsələr, beynəlxalq səviyyədə görüşlərə təyinat almasalar, vəziyyət acınacaqlı olar. Əliyar Ağayev bu il U-19-lar arasında Avropa çempionatının final matçını idarə edib. Avropa Liqası oyunları səviyyəsində hakimlərimiz var. Klublar səviyyəsində əvvəl “Neftçi” güclü idi, indi “Qarabağ” və “Qəbələ”. Digər klublar da onlara oxşamaq istəyirlər. Çünki onların müəyyən bir səviyyəsi var. Bu gün Əliyar Ağayev Avropada özünə yer tapıbsa, inanıram ki, digər hakimlər də onun yolunu davam etmək istəyirlər. Acınacaqlı deyil, amma çatışmazlıqlar var.
 
- “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov AFFA Hakimlər Komitəsinə əcnəbi mütəxəssisin dəvət olunmasını qeyd edib. Klublar onun bu ideyasını dəstəklədimi?
- AFFA-nın praktikası var. Milli komandamızın baş məşqçisi əvvəl də əcnəbi olub, indi də əcnəbidi. Söhbət komitə rəhbərinin seçilməsindən, ora hansısa bir adamın təyin olunmasından getmir. Xaqani Məmmədov hazırda komitə sədridi. İndi hansısa namizəddən danışmağım qeyri-etik olar. Onun hazırkı durumu da sual altında deyil. Əgər nəvaxtsa belə vəziyyət yaransa, onda bu məsələni müzakirə edə, namizədlərdən danışa bilərik. Ancaq indi bu barədə müzakirə aparmağım doğru olmaz.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31