25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Fariz Nəcəfov: "İki futbolçu ilə güclənmək fikrimiz var"

Bu gün AFFA-nın Klublar Komitəsinin (KK) növbəti iclası keçirilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, “Boulevard Hotel Baku” otelində baş tutan toplantıda komitənin yeni sədri seçilib. Bu posta “Sumqayıt” klubunun prezidenti Kamran Quliyevin seçilib.
 
İclasdan sonra “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərə açıqlamalar verib: 
 
- İclasla bağlı məlumatı komitə sədri Fikrət müəllim verəcək. Əsas məsələ seçki idi.
 
- Necə oldu ki, yekdilliklə Kamran Quliyevə səs verdiniz?
- Bəzi klublarımızın, o cümlədən də mənim seçkidə iştirak etməmək hüququmuz var idi. Nəticədə 3 klub vardı və “Sumqayıt” qalib gəldi. 
 
- Siz kimə səs vermişdiniz?
- “Sumqayıt”a. Bunu açıq deyə bilərəm. 
 
- Artıq cari il yekunlaşır. Bu illə bağlı “Qəbələ”nin çıxışını necə dəyərləndirərdiniz?
- Hesab edirəm ki, “Qəbələ” ardıcıl ikinci dəfə Avroliqada qrup mərhələsinə vəsiqə qazanmaqla böyük uğura imza atdı. Bu ilə əvvəlkindən fərqli olaraq, çempionatda daha uğurlu çıxış edirik. Sözsüz ki, qrupa düşəndən sonra daha uğurlu çıxış gözləyirik. Bəzi səbənlərə görə xal toplaya bilmədik. Buraya ehtiyat oyunçular skamyasında futbolçuların az olmasını da əlavə edə bilərik. Amma ümumi olaraq, “Qəbələ”nin çıxışını uğurlu hesab edirəm. Ümid edirəm ki, növbəti ildə daha uğurlu çıxış edərik.  
 
- Transferlərlə bağlı məsələ nə yerdədir? Hazırda danışıqlar apardığınız futbolçular var?
- İki futbolçu ilə güclənmək fikrimiz var. Axtarışlarımız davam edir. Hələ ki, konkret ad yoxdu. Avroliqadan qazandığımız pulların bir miqdarını transferlərə xərcləmək istəyirik. 
 
- Yəqin ki, komandadan gedənlər də olacaq?
- Bilirsiz ki, bizdə futbolçu çatışmazlığı var. Getməyən də ola bilər. Bu barədə yaxın günlərdə baş məşqçinin yekun qərarını öyrənəcəyik. 
 
- Hansısa futbolçunuzun icarəyə verilməsi, yaxud icarədə olanların qaytarılma ehtimalı var?
- İcarəyə verdiklərimizi müqavilənin şərtlərinə görə geri qaytara bilmirik. Amma çox istərdik “Sumqayıt”dan Yusifi (Nəbiyev) qaytaraq. Amma baş məşqçi ilə bir neçə futbolçunun icarəyə göndərilməsi məsələsi ilə bağlı müzakirə aparmışıq. Çünki gənc oyunçular oyun təcrübəsi qazanmalıdır. Artıq adlar da bəllidi. Amma tam dəqiqləşmədiyi üçün nəsə deyə bilmərəm.
 
- Sadiq Quliyev “Zirə”də əsas heyət üzvü idi. Amma “Qəbələ”yə qayıdandan sonra forma şansı qazana bilmir…
- Sadiqi yenə də icarəyə vermək istəyirdik. Çox təssüf ki, “Zirə”də bir az uğursuz çıxışı buna imkan vermədi. 
 
- "Qəbələ" iki ildir ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla hamını sevindirir. Amma bölgə klubu ev oyunlarını Qəbələdə yox, Bakıda keçirir. Yeni stadionun inşası ilə bağlı məsələ nə yerdədir?
- Çox gözəl sualdır. Müsbət cavab vermək istərdim. Amma gözlənilməz durumla qarşılaşdığımız üçün işlərimizin sürətlə getmədi. Növbəti mövsümdə avrokuboklarda çıxış etsək, çalışacağıq ki, ev oyunlarını Qəbələdə keçirək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30