20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Fikrət Hüseynov: “Qarabağ”dan başqa hamı hakimlikdən şikayətlənir”

Bu gün AFFA-nın Klublar Komitəsinin (KK) növbəti iclası keçirilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, “Boulevard Hotel Baku” otelində baş tutan toplantıda komitənin yeni sədri seçilib. Bu posta “Sumqayıt” klubunun prezidenti Kamran Quliyevin seçilib.
 
İclasdan sonra komitənin əvvəlki sədri – AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov açıqlamalar verib: “Bugünkü islasda əsas məsələ seçki idi. Bundan başqa, klublar hakimliklə bağlı narazılıqlarını bildirdi. Daha sonra seçkiyə keçdik. 5 klub komitə sədrliyinə namizəd olmaqdan imtina etdi. Daha sonra seçki oldu. 7 səs toplayan Kamran Quliyev sədr seçildi. Mən yenidən namizəd olmağı istəmədim. Düşünürəm ki, 1 il bəsdir. Əsas müzakirə mövzusu hakimlik idi. Əvvələcə "Qəbələ" və "Qarabağ" arasında keçirilən matçdan danışdıq. Hakimlikdə problemlərin olduğu açıq-aşkardır. "Qəbələ" ilə kubokun cavab oyununda Fariz Yusifov gözünün önündə olan penaltini vermədi.
 
"Qarabağ"dan başqa hamı hakimlikdən narazıdır. Bəlkə, onlar da nədənsə narazıdırlar, amma danışmırlar. İclıasda 1 saat ərzində ancaq hakimlikdən danışdıq. Bu işə əlac tapmaq lazımdır. Bu cür davam edə bilməz. Hakimlərin bu hərəkətinin adı ancaq qərəzdir. Çünkü hamı hakimlikdən narazılıq edir. Fariz Yusifov 14 gündə 3 kubok oyununu idarə etdi. Dünyada bunun analoqu yoxdur. Hakimlərin səhvləri sponsorları futboldan soyudur. Ona görə də bu gün ciddi maliyyə problemləri yaşanır. Belə biabırçılıq olmaz. Nə varsa, onu da etmək lazımdı. Bu gün Fariz Nəcəfov təklif etdi ki, Hakimlər Komitəsinin sədri əcnəbi olsun”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30