25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“İnter”in yeni prezidenti: “Heç bir futbol adamı ilə əlaqəm olmayıb”

Bakı “İnter”inin yeni prezidenti Azər Əliyev ötən gün komandasının Azərbaycan kuboku çərçivəsində “Kəpəz”ə qarşı keçirdiyi matçdan sonra futbolinfo.az-a maraqlı açıqlamalar verib. Futbolxeber.az sizi həmin müsahibə ilə tanış edir:
 
- Təyinatınız sizin üçün nə dərəcədə gözləniməz oldu?
- Açığı, gözlənilirdi. Belə deyək, alındı.
 
- Klub prezidenti təyin olunmamışdan əvvəl futbolla əlaqəniz olub?
- Peşəkar səviyyədə olmayıb. O ki qaldı həvəskar məsələyə, yəqin ki, hamımız az-çox futbol oynamışıq. İndi də imkan düşdükdə, futbol oynayıram. Yəni, futbolla əlaqəm bu səviyyədə olub.
 
- Deməli, “futbol mətbəxi”ndən də heç kimlə əlaqəniz olmayıb?
- Hansısa tədbirdə kimlərləsə üz-üzə gəlmişəm. Ancaq şəxsi münasibət müstəvisində heç bir futbol adamı ilə əlaqəm olmayıb.
 
- Komandayla görüşünüz olub?
- Bəli, dünən belə bir görüş təşkil olundu. Bir az söhbət etdik. Əlbəttə, geniş müzakirələr aparmaq imkanımız olmadı. Çünki bu gün oyunumuz var idi. Ancaq ilkin təmas yaranıb.
 
- Elə həmin ilk təəssüratlar haqda soruşmaq istəyirdim...
- Bu sualın cavabını bir sözlə ifadə edərdim: pozitiv!
 
- Xəbəriniz var ki, yaxın 1 ildə “İnter”ə yeni futbolçu cəlb edilməsinə qadağa qüvvədə olacaq?
- Əlbəttə, bundan məlumatlıyam.
 
- Qış fasiləsi gəldi. Ölkə mətbuatında “İnter”in futbolçularına bir neçə klubun göz qoyduğu bildirilir.
- Transfer qadağası müddətinə hansısa şəkildə duruş gətirməliyik. Çünki bu qərara qarşı heç bir tədbir görə bilmərik. O ki qaldı futbolçularımıza kimlərinsə göz dikməsinə, bu, təbii haldı. Əgər oyunçu keyfiyyətlidirsə, onun elçiləri daim qapında dayanır. Ancaq biz oyunçularımızla vidalaşmaq niyyətində deyilik. Bu istiqamətdə işlərimizi davam etdirib, bütün oyunçularımızı saxlamaq niyyətindəyik.
 
- “İnter” kubokun yarımfinalına yüksəldi, çempionatda da ilk “3-lük”də qərarlaşıb. Nəticələr sizi qane edir, yoxsa daha qlobal məqsədləri həll etmək barədə düşünürsünüz?
- Bu suala cavab verməyim bir qədər tezdi. Cəmi 3 gündü prezident təyin olunmuşam. Başım daha çox maliyyə və təşkilati məsələlərə qarışıb. Nəticələr pozitivdi və bundan razıyam. İrəliləmək üçün imkanlarımız var və biz böyüyəcəyik. İndi fasilə yaranır və bundan da maksimum faydalanmağa çalışacağıq.
 
- Fasilədən söz düşmüşkən, təlim-məşq toplanışına dair də sualı cavablandırmağınızı istəyərdik: hazırlığın müəyyən hissəsini ölkə xaricində keçmək planlarınıza daxildimi?
- Hazırda bu məsələ müzakirə olunur. Şəxsi fikrim belədi ki, çalışdığım komandaya ən yaxşı imkanları yaradaq. Məsələn, Türkiyədə toplanış alınsa yaxşı olar. Dubay olsa, bundan da yaxşı olar. İspaniya alınsa, lap əla olar.
 
- Bugünkü oyun barədə nə deyə bilərsiniz? “İnter”in oyunçularının sərgilədiyi futbol sizi qane etdi?
- Daha çox oyunun keçirildiyi məkandan narazı qaldım. Meydançanın durumunu burda olan hər kəs gördü. Futbolçulara nəinki ustalıq səviyyələrini göstərmək, ümumiyyətlə, oynamaq çətin idi. Sanki futbol matçını xokkey meydançasına keçirmişdilər. Hər iki komandaya bu cür şəraitdə oynamaq olduqca çətin idi. Bu baxımdan əlbəttə ki, müəyyən narazılığım var. Ancaq qolsuz bərabərlik komandamız üçün sərfəli nəticə idi. Deməli, böyük ölçüdə razı qaldım.
 
- Sonda Zaur Svanadzeylə bağlı suala da aydınlıq gətirməyinizi istəyərdik. Xeyli vaxtdı ki, belə bir söz-söhbət dolaşır ki, yeni rəhbərlik gəldikdən sonra gürcü mütəxəssisi yola salacaq...
- Zaur Aleksandroviç yaxşı nəticələr göstərir. Müəyyən dövrlərdə komanda çətin günlər yaşasa da, bu gün də top-listdədi. Mən pozitiv əməkdaşlığımızın davam edəcəyinə ümid edirəm. Düşünürəm ki, baş məşqçimiz də eyni fikirdədi. Ancaq bu cür sualları 3 gün ərzində həll etmək olduqca müşkül məsələdi. Zaman göstərəcək. Ancaq hazırda oyunçu və məşqçi heyəti ilə bağlı ciddi dəyişikliklər barədə düşünmürük. Heyət keyfiyyətlidi. Biz daha çox inzibati-maliyyə məsələləri ilə məşğul olacağıq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30