19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Rəhman Hacıyev: “Heç bir yerə getmək fikrim yoxdur” (MÜSAHİBƏ)

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşləri keçirilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, "Neftçi" doğma meydanda “Zirə”yə 1:2 hesabıyla uduzsa da, ilk matçdakı qələbəyə (3:0) görə yarımfinala vəsiqə qazanıb. Matçdan sonra ev sahibi komandanın yarımmüdafiəçisi Rəhman Hacıyev jurnalistlərin suallarını cavablandırıb:
 
- Çətin oyun idi. Birinci oyunda 3:0 hrsabı ilə qələbə qazanmışdıq. Amma bilirdik ki,  hələ heç nə bitməyib. Meydana çıxıb yenə qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Uduzmağımıza baxmayaraq mərhələni adladıq. İndi “Qarabağ”la oyuna hazırlaşacağıq.
 
- Rəqib 1:0 hesabı ilə önə keçdikdən sonra sizdə həyəcan yarandı?
- Yox, heç bir həyacan yox idi. Sadəcə olaraq, bilirdik ki, onlar pressinq edəcəklər, irəli atılacaq. Biz də əks-hücumlardan istifadə etmək istəyirdik. Ancaq belə olmadı. 
 
- 5 müdafiəçi ilə oynadınız. Buna görə də orta tamamilə boş qaldı və hücumumla əlaqə yox idi…
- Müdafiəyə meyilli oynayırdıq, əks-hücumlara çıxmaq istəyirdik. 
 
- Birinci oyundan sonra rəqib baş məşqçinin “onlara 4 qol vuracağıq” deməsi sizə necə təsir etdi?
- Əksinə, bizim üçün yaxşı oldu. Onlar da 3:0-dan sonra hər şeyin bitdiyini düşünmədilər. Biz də onun həmin sözünə görə meydana daha istəkli çıxdık. 
 
- Bəlkə bu sözü “Neftçi”nin hazırkı durumuna görə dedilər? Çünki “Neftçi” elə vəziyyətə düşüb ki, istənilən komanda ona 4 qol vura bilər. 
- Bu onun fikiridi. Amma bu, “Neftçi” kimi komanda üçün yaxşı söz deyil. “Neftçi”nin hazırkı vəziyyəti nə qədər pis olsa da, o söz bu klub üçün deyiləsi deyil. 
 
- “Neftçi”də son vaxtlar təmizləmə işləri aparılır. Bu yaxınlarda bir neçə legioner göndərildi. Hazırda daxili ab-hava necədir.
- Yaxşıdır. 
 
- Yəni sizdə göndərilmə qorxusu varmı?
- Əlbəttə ki, bu, futboldur və sabah mən də gedə bilərəm. 
 
- “Qəbələ”yə keçidin gündəmdədir.
- O barədə heç nə demək istəmirəm. Bu arədə yazılanların bəziləri düz, bəziləri səhvdir. Yəni çoxu səhvdir. 
 
- Artıq razılıq əldə olunub? 
- O haqda heç nə demək istəmirəm. Hələ tezdir. 
 
- Hazırda çempionatda fasilədir. Fasilədən sonra “Neftçi” olaraq, nəyə ümidlisiniz?
- Transferlər də olacaq. Düşünürəm ki, yaxşı transferlər olacaq və 3-cü dövrəyə daha uğurlu başlayacağıq. 
 
- “Qəbələ”yə keçmə ehtimalın var, yoxsa, bu, ümumiyyətlə mümkün deyil?
- Bu barədə danışmq istəmədiyimi demişdim axı. Hazırda “Neftçi” ilə müqaviləm davam edir və heç bir yerə getmək fikrim yoxdur. Hələ bir il müqaviləm var. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30