19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Diniyev: “Həm rəqiblə, həm də meydançayla layiqli mübarizə apardılar”

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşləri keçirilir. 
 
Futbolxeber.az-ın məlumatına görə, “İnter” evdə məğlub etdiyi (2:0) “Kəpəz”lə səfərdə 0:0 bərabərə qalaraq növbəti mərhələyə adlayıb. Matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Şahin Diniyev bu sözləri deyib:
 
- Deyərdim meydanda bir komanda var idi. Bu da "Kəpəz" idi. Ancaq meydançanın əlverişsiz vəziyyətdə olması hücum etmək planında ciddi problemlər yaradırdı. Özünüz də görürdünüz ki, futbolçular topla irəliləyərkən, sürüşüb yerə dəyirdilər. Oyunçularım çox yaxşı mübarizə apardı. Onlar "İnter"ə heç bir komponentdə uduzmadılar. Həm rəqiblə, həm də meydançayla layiqli mübarizə apardılar. Ümumiyyətlə, son turlarda uşaqlardan razı qalıram. Rəqiblərimizə heç bir komponentdə uduzmamağımız məni sevindirir. 
 
- Komandanın əli Kubokdan üzüldü...
- Bu, bəlkə də müsbət məqamdı. Çünki indi bütün diqqətimizi çempionata yönəldəcəyik və avrokuboklara vəsiqə verən yerlərdən biri uğrunda mübarizəni bir cəbhədə aparcağıq. Qarşıda uzun fasilə var və bundan maksimum yararlanmağa çalışacağıq. (Futbolinfo.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30