19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ” – “Kəpəz” matçının taktiki təhlili

Cari ayın 17-də Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub. 
 
Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” doğma meydanda "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib. "Extratime" saytının əməkdaşı Samir Vəliyev bu matçı taktiki cəhətdən təhlil edib. Sizi həmin materialla tanış edirik:
 
“Kəpəz”in heyətində heç bir dəyişiklik yox idi. Şahin Diniyev eyni futbolçulara və eyni taktiki sxemə güvənmişdi. Üstəlik, zədəsini sağaltmış Dario Federiko ehtiyatda öz şansını gözləyirdi.
 
“Qəbələ”də isə müdafiənin sol cinahında Elvin Camalovun oynaması diqqət çəkirdi. Lakin onun hücumlara lazımınca dəstək verə bilmədiyini görən ukraynalı məşqçi 20-ci dəqiqədə Elvini əvəzləmək qərarına gəldi. Limiti də nəzərə alsaq, ehtiyatda onu əvəzləyə biləcək yeganə futbolçu Roman Hüseynov idi. Qeyd edək ki, Qriqorçuk indiyədək Romana 4 matçda şans vermişdi və bu oyunların hamısında Roman sağ cinah yarımmüdafiəçisi kimi çıxış etmişdi. Bu dəfə isə gənc futbolçu müdafiənin sol cinahında sınandı. Bəribaşdan qeyd edək ki, Roman əlindən gələni etməyə çalışsa da, bu mövqedə xeyli çətinlik çəkdi və hətta penaltiyə də səbəb oldu.
 
Oyunun əvvəllərində “Qəbələ” böyük üstünlük qazanaraq, qonaqları tamamilə müdafiəyə çəkilməyə vadar etmişdi. Qriqorçukun yetirmələri çoxsaylı qol epizodları yarada bilirdilər. Nəhayət, 22-ci dəqiqədə “Kəpəz” bu təzyiqə dözmədi və Ruslan Qurbanova qarşı kobudluğa görə təyin olunan penaltini Ozobiç dəqiq yerinə yetirdi.
 
Buraxılan qoldan sonra “Kəpəz” daha yaxşı oynamağa və hücumlara daha böyük qüvvə ilə çıxmağa başladı. Fasilədən sonra Şahin Diniyev Kərimi Ceyhunla əvəzləməklə komandasının daha yaradıcı oynamasını istədi. Lakin “Kəpəz”in oyununda əsas dəyişiklik 60-cı dəqiqədə Dario Federikonun meydana çıxmasından sonra baş verdi. Braziliyalı futbolçu öz texnikası və driblinqləri ilə rəqib futbolçuları çaş-baş salmağa başladı. Nəhayət, 77-ci dəqiqədə məhz Darionun qazandığı penaltidən sonra Tural Axundov hesabı bərabərləşdirdi. 
 
Gözləmək olardı ki, oyunun sonuna az qaldığından “Kəpəz” tamamilə müdafiəyə çəkilərək, heç-heçə hesabını qoruyacaq. Amma gəncəlilər hücuma hücumla cavab verməyə başladılar. Bu isə “Qəbələ”nin işinə yaradı. Sürətli hücumlar qurmağı yaxşı bacaran komanda 83-cü dəqiqədə belə sürətli əks-hücumların birində istəyinə çatdı. “Kəpəz”in müdafiəçisi Renan Silva əllə oynayaraq, həm penaltiyə səbəb oldu, həm də ikinci sarı ilə meydandan qovuldu. Penaltini dəqiq yerinə yetirən Ruslan Qurbanov isə komandasına çox vacib olan qələbə qazandırdı.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30