28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Prosineçkinin yaşadığı evin sahibi borcunu istəyir

Serbiyanın “Srvena Zvezda” klubunun hesabları bağlanılıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu, Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki ilə bağlıdır. Belə ki, xorvatiyalı çalışdırıcı “Srvena Zvezda”nın “sükanı arxası”nda olduğu dövrdə Belqradda qaldığı evin kirayə haqqı klub tərəfindən ödənilməyib. Paytaxt təmsilçisi konkret olaraq, 2011-ci ilin yanvarından 2012-ci ilin sentyabrına qədər həmin evdə yaşamış Prosineçkiyə görə ev sahibinə borclu qalıb. Həmin borcun məbləği isə 37 min avroya bərabərdir.
 
Qarşı tərəfin şikayətçi olması klubun hesabının bağlanmasına səbəb olub. Maraqlıdı ki, son 7-8 ildə “Srvena Zvezda”nın başına bu cür hadisələr dəfələrlə gəlib. Lakin budəfəki səbəb digərlərindən fərqli olub.
 
Məsələ ilə bağlı açıqlama verən klubun maliyyə direktoru Stefan Pantoviç də məlumatı təsdiqləyib. O bildirib ki, Prosineçkinin vaxtilə yaşadığı evin sahibinə olan borc qısa zamanda ödəniləcək: “Mətbuatda yayılan bizim üçün yeni və təəccüblü xəbər deyil. Bu, iqtisadi durumumuzla bağlıdı. 2 il əvvəl 100 məhkəmə işimiz var idi. İndi isə 20 belə işimiz qalıb”.
 
Qeyd edək ki, Robert Prosineçki 2010-2012-ci illər ərzində “Srvena Zvezda”nın baş məşqçisi olub. (Apasport.az)  
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31