28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurbanov: “Bunu bacarsaq, hər şey istədiyimiz kimi olacaq”

Topaz Premyer Liqasının XIV turunda “Kəpəz”i 2:1 hesabı ilə məğlub edən “Qəbələ” 2016-2017-ci illər mövsümünün ilk yarısını qələbə ilə başa vurub. 
 
Futbolxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar” ev oyunundakı qələbəni 83-cü dəqiqədəki qolla əldə edib. Qələbə qolunun müəllifi olan Ruslan Qurbanov matç haqda fikirlərini klub saytına açıqlayıb: “Müdafiə futbolu oynayan və bütünlüklə qapanan komandalara qarşı oynamaq həmişə çətin olur. Amma “Kəpəz” haqda bu sözləri demək olmaz. Gəncə təmsilçisi oyunun müəyyən kəsiyində müdafiəyə çəkilir, müəyyən hissələrində isə hücumlar təşkil edirdi. Onlar da bizə qapımız önündə kifayət qədər çətinlik yaşada bildilər. Ümumiyyətlə “Kəpəz” çox yaxşı komandadır. Bu üzdən onlara qarşı görüş də çətin alındı. Baş məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirdik. Bunun sayəsində də vacib 3 xal qazandıq. Əsas budur ki, qələbə qazana bildik. Əslində, bu qarşılaşmada hesab daha böyük ola bilərdi. Lakin imkanlardan istifadənin üzərində hələ də çalışmalıyıq. Bunu bacarsaq, hər şey istədiyimiz kimi olacaq. İndi qarşıdakı kubok oyununu düşünməliyik. Artıq AZAL-la matça hazırlaşa bilərik”.
 
Qurbanov rəqibin qapısına təyin olunan penaltini yerinə yetirməsi və mövsümün ilk yarısındakı çıxışı haqda da fikirlərini bildirib: “Penaltini yerinə yetirməyimə gəlincə, komandamızda bütün futbolçular bu işin öhdəsindən gələ bilir. Budəfəki qarşılaşmada belə zərbəni Filip Ozobiçin yerinə yetirməsi qərara alınmışdı. İlk penaltini də o vurdu. Lakin xorvatiyalı əvəz olunduğundan topa mən yaxınlaşdım. Özümə güvəndiyimdən dəqiq oynayıb, qələbə qolunu da vurdum. Komandamızın və şəxsən özümün mövsümün ilk yarısındakı çıxışından razıyam. Amma hələ üzərimizdə çox çalışmalıyıq. Bunu etdikdən sonra hər şey daha yaxşı olacaq”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31