28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

İlin son matçının taktiki təhlili

Cari ayın 17-də Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub. 
 
Futbolxeber.az-ın məlumatına görə, “Qarabağ” doğma meydanda "İnter"lə 0:0 bərabərə qalıb. "Extratime" saytının əməkdaşı Samir Vəliyev bu matçı taktiki cəhətdən təhlil edib. Sizi həmin materialla tanış edirik:
 
Matçın əvvəllərindən “Qarabağ” böyük ərazi üstünlüyünə yiyələnib, ardıcıl hücumlar qururdu. Bunun da əsas səbəbi ağdamlıların fərdi ustalıq baxımından rəqib futbolçuları üstələməsi ilə bağlı idi. Lakin “Qarabağ”ın hücumlarında lazım olan rəngarənglik və kəsərlilik çatışmırdı. Təbii ki, soyuq və qarlı hava komandanın oyununa təsir edirdi. Həmçinin Riçardın yoxluğu və Daninin sol cinahda öz potensialını aça bilmədiyini də qeyd etmək lazımdır. Buna görə də ispan yarımmüdafiəçi tez-tez mərkəzdə və hətta sağ cinahda peyda olurdu.
 
“İnter” isə müdafiəyə böyük qüvvə ayırdığından təhlükəli hücum təşkil edə bilmirdi. “Bankirlər” topu ələ keçirən kimi dərhal ön xəttə ötürmə edir, burada isə Rauf Əliyev, eləcə də ona cinahlardan dəstək verən Ağabala ilə Nizami rəqib qapısına yol tapmağa çalışırdı. Lakin “İnter” hücumda çoxala bilmədiyindən “Qarabağ” müdafiəçiləri üçün bu həmlələri dəf etmək heç də çətinlik yaratmırdı.
 
Hissənin ortalarından etibarən rəqibin təzyiqini dəf edən “İnter” tədricən fəallaşmağa və oyunu öz cərimə meydançasından uzaqlaşdırmağa nail oldu. Artıq “bankirlər” hücuma hücumla cavab verirdilər. İlk yarının sonuna qədər oyun bu tempdə davam etdi və tərəflər başabaş mübarizə apardılar.
 
İkinci hissə də eyni ssenari ilə start götürsə də, “Qarabağ” getdickə təzyiqi artırmağa başladı. Öz növbəsində Qurban Qurbanov da 67-ci dəqiqədə Rahid Əmirquliyevin əvəzinə Reynaldonu meydana buraxaraq, bəzi yerdəyişmələr etdi.
 
Bu dəyişiklik “Qarabağ”ın hücumlarının kəsərini daha da artırdı. Ağdamlılar bir neçə dəfə hesabı açmağa da yaxın oldular. Lakin qapıçı Orxan Sadıqlının, eləcə də rəqib müdafiəçilərin əzmkar oyunu meydan sahiblərinin qələbə istəyinə mane oldu. Qurban Qurbanov 82-ci dəqiqədə Dino-Muarem əvəzetməsi ilə Reynaldonu hücuma keçirdi ki, braziliyalı futbolçu da son dəqiqədə təhlükəli baş zərbəsi ilə yadda qaldı. Amma Orxan Sadıqlının əla reaksiyası matçın 0:0 hesabı ilə bitməsini şərtləndirdi.
 
Bu heç-heçənin “İnter”in planlarına uyğun olduğunu əminliklə söyləmək olar. Elə Zaur Svanadzenin oyuna müdaxilələri də bunu təsdiq edirdi. 82-ci dəqiqədə Rauf Əliyevi Samir Zərgərovla əvəzləyən baş məşqçi Ağabalanı hücuma keçirdi və irəlidə onu tək qoyaraq, Ramazanovun sürəti hesabına nəsə edə biləcəyini düşündü. Oyunun sonlarında Nizami Hacıyev – Sərtan Taşkın və Ağabala Ramazanov - Məmməd Quliyev dəyişiklikləri isə həm yorulmuş oyunçuları əvəzləməyə, həm də vaxt udmağa hesablanmışdı.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31