26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Svanadze: “Komandanın oyunundan razı qaldım”

"Bir xal qazandıq. Komandanın oyunundan razı qaldım. Nəzərə alsaq ki, heyətimizdə itkilər var idi, heç-heçə də yaxşı nəticədi. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə isə bir qədər bəxtimiz də gətirdi. Uşaqlar sağ olsunlar, yaxşı oynadılar".

Futbolxeber.az saytının məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze "Qarabağ"la səfərdə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra deyib. Gürcüstanlı mütəxəssis qarşı hava şəraitinin hər iki komandaya problem yaratdığını bldirib.

O, jurnalistlərin digər suallarını da cavablandırıb: 

- Oyuna bir neçə itki ilə çıxmışdınız...

- Ruslan Abışov və Səlahət Ağayevin yoxluğu bizə çətinlik yaradırdı. Amma komandamın çıxışını yüksək qiymətləndirirəm.

- Orxan Sadıqlının oyunundan razı qaldız?

- Əlbəttə, razı qaldım. Bütün oyunu sakit tərzdə keçirdi. Bir neçə epizodda komandanı qoldan xilas etdi. Ümumilikdə razı qaldım.

- Komandanın çempionatın ilk yarısındakı nəticəsindən razı qaldız?

- İlk yarını normal qiymətləndirmək olar. Bu ili "İnter” üçün məhsuldar il kimi dəyərləndirərdim. Görək ölkə kubokundakı "Kəpəz"lə 1/4 final mərhələsinin cavab oyunu necə alınacaq.

- Bu heyət çempionatı yüksək pillələrdə başa vurmağa kifayət edəcək? Nəzərə alaq ki, kluba transfer qadağası şamil olunur.

- Bu heyətlə 3-cü yer uğrunda mübarizə aparmaq olar. Transfer qadağası var, yeni oyunçu cəlb edə bilməyəcəyik. Bu qadağa oyunçulara dah çox oynamağa imkan verir. Fikrimcə, bu heyət 3-cü yer uğrunda mübarizə üçün kifayət edər.

- Qış təlim-məşq toplanışını harda keçirəcəyinizi müəyyənləşdirmisiz?

- Bu barədə hələ heç nə dəqiq deyil.

- Siz yeni transfer edə bilməsəniz də, rəqibləriniz yeni oyunçularla güclənə bilərlər...

- Bunu bilirəm. Ancaq başqa çarəmiz yoxdur.

- Yeni transferlərin olmaması futbolçularda özündənrazılıq yaratmayacaq ki?   

- Onlar bunu əvvəlcədən bilirdilər. Futbolçularımın peşəkarlığına inanıram. İnanıram ki, bu onlara təsir etməyəcək (Sportnet.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30