19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanov: “Hücum xəttini gücləndirmək istəyirik”

“Maraqlı oyun alındı. Futbolçuların çxıışından razı qaldım. İlin sonları olsa da, yaxşı oynadılar. Onlara göstərdikləri oyuna görə təşəkkür edirəm. Oyuna gələn azarkeşlərə də təşəkkür edirəm. Bu cür havada komandanı dəstəklədilər. Belə havada oynamaq çətin idi".

Futbolxeber.az saytının sportnet.az-a istinadən verdiyi məlumata görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "İnter"lə evdə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra deyib.

O bildirib ki, qol vəziyyətlərindən yararlana bilməmələrinə səbəb axtarmaq düzgün olmaz: "İlk hissədə həddən artıq soyuq idi. Futbolçular hətta topu hiss edə bilmirdilər. Səbəb axtarmazdım, amma diqqətli olsaydıq, qələbə qazana bilərdik".

Qurbanov 2016-cı ildə xeyli sayda uğurlu oyun keçirdiklərini, amma çatışmayan yeganə məqamın Avropa Liqasında qrupdan çıxa bilməmələri olduğunu söyləyib: "Ölk çempionu olduq, kuboku qazandıq və Avroliqada qrupa vəsiqə qazandıq. Minimum vəzifəni yerinə yetirdik. Qrupdan çıxmaq istəyirdik. Ancaq alınmadı. Ötən illərə nisbətən daha çox xal topladıq. Bəzi oyunçuların çıxışından narazı qaldım. Ancaq ümumi götürəndə razıyam".

44 yaşlı mütəxəssis jurnalistlərin digər suallarını da cavablandırıb:

- Qış transfer pəncərəsində yeni transfer olacaq?

- Komanda qışda Antalyaya yollanacaq. Hücum xəttini gücləndirmək istəyirik. Nə qədər alınacaq, bilmirəm. Yerli futbolçu transferi çətindir. Çünki hamısının müqaviləsi var. Yəqin ki, legioner cəlb etməyə çalışacağıq.

- Namiq Ələsgərov son vaxtlar formada deyil. İcarəyə verilə bilər?

- Bu barədə heç bir söz deyə bilmərəm. Nə isə dəyişiklik olsa, bu barədə məlumat verəcəyik. Onu bu gün meydana buraxmaq istərdim. Ancaq hava şəraiti yaxşı olmadığından, meydana buraxmadım.

- Türkiyədə simpatiya bəslədiyiniz komandanın "Beşiktaş” olduğunu demişdiniz. Bu yaxınlarda bu komandayla oynamaq ehtimalınız var...

- Bəli, Türkiyə klublarından "Beşiktaş”a azarkeşlik edirəm. Rəhbərlik səviyyəsində danışıq olub. Oyunun nə vaxt keçiriləcəyini bilmirəm. Bu, bizim üçün yaxşı təcrübə olacaq. Dost ölkə, dost komandaya qarşı oynayacağıq. Fikrimcə, bu oyunun klub üçün faydası çox olacaq.

- Boyan Şaranovun komandadan göndərilmək ehtimalı var. Nəzərə alaq ki, son vaxtlar əsas heyətə düşə bilmir...

- Belə bir şey yoxdur. İştirak ərizəsinə 2 qapıçı sala bilərik. Buna görə hərdən kənarda qalır. Ümumilikdə hər komandada 3-4 qapıçı olmalıdır.

- Bu yaxınlarda qəza törətmiş Emil Balayevlə danışmısınız?

- O, pis maşın idarə etmir. Bu, hamının başına gələ bilər. Çox üzgündür. Ona səbr diləyirəm. Balayevdə günah axtarmaq, tənqid etmək düzgün olmaz.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30