20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Birinci dəfə deyil ki, Ömər Paşayev komandamıza qarşı qərəz nümayiş etdirir"

Topaz Premyer Liqasıın XIV turu çərçivəsində keçirilən "Sumqayıt" - "Zirə" (1:0) matçından sonra qonaqların baş məşqçisi Adil Şükürov mətbuat konfransı keçirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, mütəxəssis məğlubiyyəti belə şərh edib: " Rəqib komandanı təbrik edirəm. Fərqlənmək üçün imkanlarımız oldu. Ancaq ilk dəfə hakimlik barədə danışacam. Birinci dəfə deyil ki, Ömər Paşayev komandamıza qarşı qərəz nümayiş etdirir. Uşaqlara bu cür hava şəraitində mübarizə apardıqları üçün təşəkkür edirəm".
 
- Hücumçu sarıdan korluq çəkməyiniz aşkar sezilir. Bu problemi fasilədə aradan qaldıracaqsınızmı?
- Danışıqlar gedir. Ancaq imkanlarımız olduqda da hakim gülməli qərar verir. Cərimə meydançasında oyunçu əliylə oynayır, cərimə zərbəsi təyin edir, sarı vərəqə göstərmir. Bunun adı qərəzdi! Başqa adı varsa, siz yazın, mən də elə adlandırım. (Futbolinfo.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30